Füzuli Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Asif Əhməd oğlu Şirinovun 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin və ASAN Xidmət mərkəzinin əməkdaşları, Milli ordu və Sərhəd xidmətinin şəxsi heyəti, orta məktəblərin müəllim və şagird kollektivi, rayon ictimaiyyəti iştirak edib.
Yubiley tədbirində giriş sözü ilə çıxış edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev Asif Şirinovun Mədəniyyət Nazirliyi tərəfindən təltif edildiyini vurğulayıb. Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının, Füzuli rayon İcra Hakimiyyətinin, "N” saylı hərbi hissə, Sərhəd qoşunlarının fəxri fərmanları yubliyara təqdim olunub.
Daha sonra Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşalardan parçalar, musiqi nömrələri və bir-birini əvəz edən təbriklərlə yubiley tədbiri davam edib.