Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
904

Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılışı olub

Noyabrın 8-də Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçirilib.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbir fiziki məhdudiyyətli insanların ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək məqsədi daşıyır.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib ki, hər il dünyada 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir. Bu gün ölkəmizdə də müxtəlif tədbirlər keçirilir.

“Artıq görmə qabiliyyəti məhdud olan insanlar üçün muzeyin eksponatları barədə mətnlər ikinci mərtəbədə də Brayl əlifbası ilə təqdim olunur. Həmçinin burada xovlu və xovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antropomorf təsvirlər olan kiçik ölçülü xalça nümunələri nümayiş etdirilir. Bununla da muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən hazırlanan hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud insanlar taktil (toxunma) üsulla duya bilirlər”, -deyə Milli Xalça Muzeyinin direktoru bildirib.

Azərbaycan Milli Xalça Muzeyində əlil arabalarının ekspozisiyada maneəsiz hərəkəti üçün lazımi şəraitin olduğunu bildirən Şirin Məlikova qeyd edib ki, 2019-cu ilin əvvəlindən isə muzeyin birinci mərtəbəsində təqdim edilən eksponatlarla taktil üsulla, həmçinin Azərbaycan və ingilis dillərində xüsusi audioyazı və Brayl şrifti ilə hazırlanan yazılı materiallar vasitəsilə tanış olmaq mümkündür. Eyni zamanda, həmin dövrdən etibarən muzeyin Ənənəvi texnologiya və Uşaq şöbələrinin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ustad dərsləri keçirlər.

Mədəniyyət Nazirliyi sektor müdiri Nərgiz Abdullayeva, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, BMT və Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyəsi ilə hər il noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir. Bu gün dünya ictimaiyyəti müxtəlif tədbirlərdə diqqəti bir daha gözdən əlil vətəndaşların sosial müdafiəsinə yönəldir. Bununla da bəşəriyyəti xüsusi qayğıya ehtiyacı olanların problemlərinə həssaslıqla yanaşmağa səfərbər olmağa çağırır.

Qeyd edilib ki, ölkəmizdə istedadlı əlillərin üzə çıxarılması, onların yaradıcılıq imkanlarının artırılması, cəmiyyətə fəal inteqrasiya olunması ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan əlil vətəndaşların və 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqların müalicəsi də diqqət mərkəzində saxlanılır.

Müstəqil dövlətimiz tərəfindən mütəmadi olaraq bu qəbildən insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində məqsədyönlü, sistemli, kifayət qədər geniş, əhatəli layihə və proqramlar reallaşdırılır. Ölkə vətəndaşına qayğı onun maddi və mənəvi tələbatının ödənilməsi üçün müasir tələbata uyğun şəraitin yaradılması dövlət siyasətinin dəyişməz prinsiplərindəndir.

Tədbirdə Heydər Əliyev Fondu tərəfindən görülən işlər xüsusi olaraq vurğulanıb. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə gözdən əlillərin İKT ilə təminatı sahəsində bir sıra geniş layihələr həyata keçirilib. Respublikamızın müxtəlif bölgələrində, Bakıda, Gəncədə, Naxçıvanda, Yevlaxda gözdən əlillər üçün İnformasiya Resurs Tədris mərkəzləri tikilib istifadəyə verilib.

Qeyd edək ki, bu gün, eyni zamanda, Azərbaycan Milli Xalça Muzeyi və “Gülsam” Əlillərin Reabilitasiya İctimai Birliyi birgə xeyriyyə məqsədilə sərgi-satış yarmarkası keçirib. Yarmarkada birliyin üzvü olan fiziki məhdudiyyətli insanların əl işləri təqdim olunub.

Sonra iştirakçılar Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsində yaradılmış şəraitlə tanış olublar.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq