Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2713

Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub

Noyabrın 14-də Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub.

Konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə reallaşıb.

Tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq bildirib ki, konfrans muzeyin təsisçisi, xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda, Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olmasının ildönümünə təsadüf edir.

Qeyd edib ki, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Gürcüstan, Serbiya, Albaniya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Argentina və Taylanddan olan mütəxəssislərin iştirak etdiyi konfransda 39 məruzə dinləniləcək: Çıxışlar rəqəmsal dünyada tekstil muzeyləri, tekstil kolleksiyalarında innovativ iş üsulları, layihə menecmenti, kuratorluq işi və təqdimatların keçirilməsi, tekstil muzeylərində konservasiyanın özəllikləri, ziyarətçilərlə iş mövzularını əhatə edəcək".

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev isə konfransın xalqımız üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb: "Belə bir konfransın təşkili və çoxlu alimin, tədqiqatçının burada iştirakı milli sərvətimiz olan xalçalara, milli-mənəvi tariximizə olan maraqdan doğur. Çünki xalça Azərbaycan xalqının milli sərvətidir. Bu sərvət tarixən qorunub nəsildən-nəslə ötürülüb. Hesab edirəm ki, xalça bizim tariximizin təcəssümüdür. Bu gün də biz hər bir xalçaya baxarkən qədim insanlarımızın yaşayış tərzi, həyat fəlsəfəsi ilə tanış ola bilərik”.

Xalçaçılıq sənətimizin inkisafından danışan nazir müavini deyib: "Bu sənətin inkişafında böyük xidmətləri onlardan biri də Xalq rəssamı Lətif Kərimovdur. O, xalçaçılıq sənətinin yaşamasında çox böyük işlər görüb. Bu gün olduğumuz muzeyin inşası isə Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətimizə qayğısının nəticəsidir. Muzey xalça sənətinin qorunmasında və gələcək nəsillərə ötürülməsi naminə əhəmiyyətli işlər görür".

Daha sonra Azərbaycan Milli Xalça Muzeyinin Latviyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində latviyalı modelyer Evita Smanuhinanın “Frozen Dreams” adlı moda nümayişi təqdim olunub.

İki ölkə arasında mədəni əlaqələrdən danışan Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs belə tədbirlərin xalqlar arasında əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Latviyalı modelyer Evita Smanuhina konfrans çərçivəsində hazırladığı geyimlərin nümayişindən məmnunluğunu ifadə edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Moda nümayişindən sonra qonaqlar özbək ipək toxuculuq texnologiyasına həsr edilən “İpək hekayətlər” sərgisi ilə tanış olublar. Sərgi “ikat” istehsalının bütün mərhələlərini əks etdirir. Ekspozisiyanın mühüm hissəsini qədim “ikat”, ənənəvi geyimlər, süzanə, interyer tikmələrin növləri, xovlu xalçalar, milli geyim nümunələri təşkil edir.

Tədbirdə, həmçinin muzeyin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalça Muzeyi” adlı kitab təqdim olunub. Kitabda muzeyin yaranması və fəaliyyəti, muzeyin eksponatları haqqında məlumatlar yer alır.

Qeyd edək ki, konfrans noyabrın 17-dək davam edəcək.

XƏBƏRLƏR

05.08.2020 10:28
“Hər kitab bir dünyadır” layihəsi davam edir
04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb