Şuşa Dövlət Musiqili Dram Teatrında Braziliya dramaturqunun əsəri əsasında tamaşa səhnələşdirilib
2719
26.11.2019
26.11.2019 09:02
Noyabrın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun “Ezop” əsəri əsasında eyniadlı tamaşası teatrsevərlərə təqdim edilib.
Tamaşanı Müstəqil Şah Mat Teatrı hazırlayıb.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş edilən tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.
Səhnə əsərində rolları Anar Bulud, Orxan Bakinski, Günel İmanova, Ceyran Baxışova, Fərid Vəliyev, Azad Kərim ifa ediblər.