Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
672

Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı

Dekabrın 10-da Təzə Pir məscidində tanınmış kinorejissor, Xalq artisti, professor Yalçın Əfəndiyevlə vida mərasimi keçirildi. Mərasimdən sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirliyin, “Azərbaycanfilm” kinostudiyasının əməkdaşları, mədəniyyət, incəsənət xadimləri iştirak edirdi.

Yalçın Heydər oğlu Əfəndiyev 2019-cu il dekabrın 10-da ömrünün 82-ci ilində vəfat edib.

1937-ci il iyulun 24-də Bakıda anadan olan Yalçın Əfəndiyev 1960-cı ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini, 1966-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) Rejissorluq fakültəsini bitirib.

1966-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Kinostudiyada sənədli filmlər birliyinin direktoru, 1991-1994-cü illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri işləyib.

“Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi-applikasiya filmi ilə Azərbaycan kinosunda bu sahənin inkişafında yeni mərhələnin əsası qoyulub. Sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyev həmçinin “Xatirələr sahili” tammetrajlı bədii filminə quruluş verib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər dərs deyən professor Yalçın Əfəndiyev gənc kinematoqrafçılar nəslinin yetişməsində və peşəkar kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

Allah rəhmət eləsin.

XƏBƏRLƏR

27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib
27.01.2020 12:24
“Xocalı-şəhid şəhər” adlı rəsm müsabiqəsi davam edir
27.01.2020 10:08
Həzi Aslanovun ömür yolu hər bir Azərbaycan gənci üçün örnəkdir
27.01.2020 09:07
Musiqili Teatrın direktoru beynəlxalq teatr sərgisində iştirak edəcək
25.01.2020 20:17
Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib
25.01.2020 18:13
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar
25.01.2020 17:26
Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib
25.01.2020 14:17
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
25.01.2020 13:09
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb
25.01.2020 12:38
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub
25.01.2020 11:06
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib