Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
413

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir.

Yaradılacaq yeni loqotip dizaynı özündə Dövlət Xidmətinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir. Loqotipdə ölkəmizin zəngin maddi irs nümunələrinə, onların elementlərinə xüsusi yer verilməli, sadə, rahat anlaşılan, orijinal, rəngli və konseptual görünüşlü olmalıdır. Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir. Qalib gəlmiş loqotip istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.

Təqdim olunan loqotiplərin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə), vektor versiyası (*eps, *ai, *cdr) olmalıdır.

Müsabiqəyə istənilən şəxs və ya şirkət qatıla bilər. Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 meqabaytdan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adı, soyadı, əlaqə nömrəsi, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.

Təklif olunacaq eskiz və layihələr 10 yanvar 2020-ci il tarixinədək info@heritage.gov.az e-mail ünvanına göndərə və ya Üzeyir Hacıbəyli 84, Hökumət evi, 2-ci mərtəbə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim edə bilər.

Təqdim olunan təkliflərə komissiya tərəfindən baxılaraq müsabiqənin qalibi elan olunacaq. Müsabiqənin qalibinə 1500 (bir min beş yüz) manat məbləğində mükafat təqdim ediləcək.

 

Əlaqələndirici şəxs: Fariz Hüseynov – mətbuat katibi. Tel: (012) 498 93 67 (298)

E-mail: f.huseynov@heritage.gov.az

XƏBƏRLƏR

27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib
27.01.2020 12:24
“Xocalı-şəhid şəhər” adlı rəsm müsabiqəsi davam edir
27.01.2020 10:08
Həzi Aslanovun ömür yolu hər bir Azərbaycan gənci üçün örnəkdir
27.01.2020 09:07
Musiqili Teatrın direktoru beynəlxalq teatr sərgisində iştirak edəcək
25.01.2020 20:17
Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib
25.01.2020 18:13
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar
25.01.2020 17:26
Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib
25.01.2020 14:17
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
25.01.2020 13:09
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb
25.01.2020 12:38
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub
25.01.2020 11:06
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib