Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
731

Mədəni irsin qorunması istiqamətində məqsədyönlü işlər həyata keçirilib

Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpa və konservasiyası, eləcə də təbliği istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər 2019-cu ildə də davam etdirilib. İl ərzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq etdiyi “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın tədbirlər Planına uyğun olaraq işlər həyata keçirilib.

Dövlət proqramına uyğun olaraq, respublikanın 33 şəhər və rayonunda yerləşən, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş siyahı üzrə 1796 daşınmaz tarix və mədəniyyət abidəsinin, eyni zamanda göstərilən rayonlarda yerləşən 855 ədəd yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb. Monitorinq olunan abidələrin texniki vəziyyəti barədə müvafiq qeydlər aparılaraq coğrafi koordinatları GPS vasitəsilə təyin edilib, fotoşəkilləri çəkilib. Ötən il 2 abidə Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət qeydiyyatına götürülüb.

Tovuz rayonu Aşıq Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində tikinti və muzey tərtibatı işləri, Xəzər rayonunun Şağan, Sabunçu rayonunun Maştağa qəsəbələrində Mədəniyyət mərkəzlərinin əsaslı təmiri, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin və Şəki şəhəri, Ə.Haqverdiyev küçəsində 40 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb.

Qazax rayonunda yerləşən “Sınıq körpü”, Şabran rayonunda yerləşən “Çıraqqala” abidələrində bərpa-konservasiya, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Həmçinin Quba rayonunda yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş Yerfi kənd məscidində sahibkarın dəstəyi ilə aparılan yenidənqurma və bərpa işləri davam etdirilir.

Quba rayonunun Birinci Nügədi kəndində məscidin, Qobustan rayonunda Diri Baba türbəsinin, Balakən rayonunda Qala divarlarının, Hacıqabul rayonunda Pir Hüseyn Xanəgahının, Qax rayonunda İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki qalanın, Gəncə şəhərində Tatlar məscidinin, Gədəbəy şəhəri yaxınlığındakı kilsənin, Şamaxı şəhərində Şaxəndan türbəsinin və Lənkəran şəhərində yerləşən Dairəvi qalanın müvafiq olaraq bərpası, konservasiyası və gücləndirilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması, həmçinin Şəki şəhərindəki Cümə məscidi və Gəncədəki Şahsevənlər məscidində elmi tədqiqat işlərinin aparılması üzrə işlər yekunlaşdırılıb.

Ötən ilin aprel ayında Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba şah məscidinin bərpası haqqında niyyət məktubu imzalanıb və hazırda TİKA və yerli mütəxəssislərin iştirakı ilə layihələndirmə işləri aparılır. Eləcə də Şamaxı rayonunda Pir Ömər Ziyarətgahında tikinti-abadlaşdırma üzrə layihə işləri yekunlaşıb.

*     *     *

Qorunma işinin kompleks şəkildə təmin edilməsi məqsədilə Dövlət Xidmətinin sifarişi ilə icrasına başlanılmış daşınmaz tarix və mədəniyyət abidələri üzrə 38 mühafizə zonasının və 21 pasport layihəsinin hazırlanması yekunlaşdırılıb. Bunlardan mühafizə zonaları üzrə layihələr müvafiq rayon-şəhər icra hakimiyyətləri və Əmlak Məsələləri Dövlət Komitəsi ilə, abidə pasportları isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə razılaşdırılaraq təsdiqlənib.

Abidələrin mühafizə zonalarının müəyyən edilməsi üçün 72 layihənin, pasportlaşdırılması üçün isə 110 layihənin hazırlanması üzrə müqavilələr bağlanıb. Ötən ildə pasportlaşdırılması nəzərdə tutulan abidələrdən 15-i Azərbaycanın işğal altında qalmış tarix-memarlıq abidələri üçün nəzərdə tutulub ki, bu da müstəqilliyimizin bərpasından sonra işğal altında qalmış abidələrimizə veriləcək ilk pasportlar olacaq.

*     *     *

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 22 oktyabr 2019-cu il tarixli fərmanı ilə Dövlət Xidmətinin beş regional idarəsi yaradılacaq. Ölkə başçısının “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu şəhəri” və “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruqları elan edilib.

2019-cu ildə daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi ilə əlaqədar müvafiq işlər davam etdirilib. Ölkə ərazisində yerləşən bir çox abidəyə müdaxilə hallarının aradan qaldırılması məqsədilə yerli icra hakimiyyəti və hüquq mühafizə orqanları ilə birgə iş aparılıb və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq tədbirlər görülüb. Abidələrin icarədarları, mülkiyyətçiləri olan aidiyyəti hüquqi və fiziki şəxslərlə görüşlər keçirilib, abidələrin qorunması istiqamətində təbliğat və təşviqat işləri aparılıb. Abidələrə olunmuş müdaxilələrlə bağlı 16 akt tərtib edilib. Həmçinin Dövlət Xidməti tərəfindən respublika ərazisində yerləşən abidələrin mülkiyyətçisi və ya istifadəçiləri olan fiziki və hüquqi şəxslərlə abidələrin qorunması və onlardan istifadə qaydalarına dair 85 mühafizə müqaviləsi bağlanıb.

*     *     *

Arxeoloji qazıntı işlərinin aparılması üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən verilmiş 59 vəkalətnamə Dövlət Xidmətində qeydiyyatdan keçirilib və aparılan qazıntı işlərinə aidiyyəti üzrə yerli abidə mühafizəçiləri tərəfindən mütəmadi olaraq nəzarət təşkil edilib.

Qoruq ərazilərinin öyrənilməsi məqsədilə daimi olaraq elmi tədqiqat və arxeoloji işlər aparılır. 2016-cı ildən başlayaraq Qobustan Milli Tarix-Bədii Qoruğunda “Yeni baxış” adlı layihə çərçivəsində aparılan çöl-tədqiqat işləri nəticəsində ölkədə ilk dəfə 3D üsulundan istifadə olunaraq yeni qayaüstü rəsmlər aşkar olunub, Cingirdağda yerləşən petroqliflərin rəqəmsal məlumat bazası yaradılıb.

Mədəniyyət Nazirliyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Yaponiyanın Tokio Universiteti arasında imzalanmış üçtərəfli beynəlxalq memorandum əsasında “Avey” qoruğunda Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası, “Seba” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Qəbələ qoruğunun birgə fəaliyyəti nəticəsində Azərbaycan-Koreya arxeoloji ekspedisiyası tərəfindən Qədim Qəbələ şəhərində arxeoloji tədqiqat işləri aparılıb.

Mədəni irs obyektlərinin qorunması və tədqiqində peyk təsvirlərinin imkanlarından istifadə olunması istiqamətində işlərin aparılması üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə hər iki təşkilatda görüşlər və təqdimatlar keçirilib, ilkin olaraq Gədəbəy rayonu üzrə pilot layihənin həyata keçirilməsinə başlanılıb.

İşğal altında yerləşən torpaqlardakı tarix-mədəniyyət abidələrinin yeni siyahısının hazırlanması, dəymiş ziyanın müəyyən olunması, bu istiqamətdə təbliğat və tədqiqat işlərinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi ilə birgə “Azərbaycanın işğal altındakı mədəni irs nümunələrinin beynəlxalq hüququn tələblərinə uyğun qorunmasının təşkili, Ermənistan Respublikası tərəfindən abidələrin dağıdılmasının və ya mənimsənilməsinin qarşısının alınması tədbirlərinin gücləndirilməsinə dair 2020-2030-cu illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

*     *     *

Şübhəsiz ki, ötən il ölkəmizin mədəni həyatında UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi və Şəki şəhərinin tarixi hissəsinin (Xan sarayı ilə birgə) UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi böyük uğur kimi tarixə düşdü.

Ötən il ərzində mədəni irsimizin təbliği məqsədilə silsilə tədbirlər keçirilib, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub, tarix-mədəniyyət qoruqlarında “açıq qapı” günləri gerçəkləşib. Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə “İrs” silsiləsi layihəsi çərçivəsində “Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” adlı kitablar işıq üzü görüb və təqdimatı keçirilib.

XƏBƏRLƏR

18.01.2020 21:27
“Şəhərin qış gecələri” tamaşasının premyerası olub
18.01.2020 18:00
İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunan “Xatırlayın! Yaşadın! Unutmayın!” adlı sərgi açılıb
18.01.2020 17:34
Qobustan qoruğunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
17.01.2020 18:05
Xaçmaz regionu üzrə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilib
17.01.2020 17:57
Ağdaşda “Tarixin qan yaddaşı” adlı tədbir keçirilib
17.01.2020 17:40
Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirilib
17.01.2020 17:24
20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik Kinosu Günləri” başa çatıb
17.01.2020 17:18
Biləsuvarda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbirləri keçirilir
17.01.2020 17:10
Sumqayıtın mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17.01.2020 17:00
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
17.01.2020 16:59
Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb
17.01.2020 16:51
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Yuxu” sənədli filmi nümayiş olunub
17.01.2020 15:13
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş nəşrlərin təqdimatı keçirildi
17.01.2020 14:40
“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində Milli qəhrəmanlarımızın şərəfli ömür yolu vərəqlənir
17.01.2020 11:47
Sabirabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17.01.2020 11:29
Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günündə ölkəmizi təmsil edib
17.01.2020 10:45
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
17.01.2020 09:15
UNESKO-da multikulturalizmin Azərbaycan modelindən danışılıb
16.01.2020 17:23
Türkiyədə İmadəddin Nəsiminin 650, Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir təşkil edilib
16.01.2020 14:44
Uşaq Kitabxanası tərəfindən 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbirlər keçirilib
16.01.2020 14:13
“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində həyata keçirilən tədbirlər davam edir
16.01.2020 10:23
Azərbaycan xalqı əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb
16.01.2020 09:40
Vyanada Çingiz Babayevin xalçalardan ibarət sərgisi açılıb
16.01.2020 09:38
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində klassik vokalçıların ümumrespublika festivalının iştirakçıları ilə görüş olub
16.01.2020 09:29
Moskvada Riyad Məmmədovun “Min bir gecə”dən dörd nağıl” silsiləsindən ikinci konsertinin premyerası olacaq