İSESKO-da Qahirənin Ərəb İslam Mədəniyyəti Paytaxtı İli çərçivəsində keçiriləcək tədbirlər müzakirə edilib
Rabatda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş katibi Salim Məhəmməd Əl-Malikin Misirin Mərakeşdəki səfiri Əşrəf İbrahimlə görüşü keçirilib. İSESKO-nun baş ofisində keçirilən görüşdə Qahirənin 2020-ci il Ərəb İslam Mədəniyyəti Paytaxtı İli çərçivəsində təşkil ediləcək tədbirlər müzakirə edilib.
Əl-Malik qeyd edib ki, bu il keçiriləcək elm və mədəniyyət tədbirləri təşkilatın Misirlə əlaqələrinə yeni impuls verəcək. O qeyd edib ki, bütün tədbirlər Qahirənin qədim tarixinə layiq şəkildə təşkil edilməlidir və İSESKO bu sahədə Misirin müvafiq hökumət strukturları ilə sıx əməkdaşlıq şəraitində çalışacaq.
Görüşdə Misirin daha çox mədəni abidəsinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi, Ərəb İslam Mədəniyyət Paytaxtı İli çərçivəsində birgə simpoziumlar və konfransların keçirilməsi, elmi tədqiqatların aparılması ətrafında fikir mübadiləsi aparılıb. Bu məqsədlə mərkəzi qərargahı Misir paytaxtında yerləşəcək birgə komissiyanın fevralın əvvəlindən fəaliyyətə başlaması barədə qərar qəbul edilib.