Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2348

Ağstafa Regional Mədəniyyət İdarəsi 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirib

Ağstafa rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən “20 Yanvar faciəsi - Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə mərkəzin sərgi salonunda 20 yanvar faciəsinə həsr olunmuş kitab və rəsm sərgisi ilə tanış olublar.

Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Tədbiri giriş sözü ilə açan regional idarənin rəisi Vüqar Qədirov keçmiş Sovet ordusunun 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakı şəhərində törətdiyi qətliama diqqət çəkdi. 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirildiyini vurğulayan natiq xalqını bu ağır günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı görüdüyü misilsiz işlərdən danışıb. O qeyd edib ki, hadisələrin eyni vaxta təsadüf etməsi, erməni işğalçılarının doğma yurdumuza Sovet qoşunlarının köməyi ilə ardıcıl hücümlar etməsi  bunun qabaqcadan, məqsədyönlü şəkildə planlaşdırıldığını, ermənilərin mərkəzi hakimiyyət tərəfindən dəstəkləndiyini bir daha təsdiq edir.

20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilmiş qanlı cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham edib.

Vüqar Qədirov, bu gün ulu öndərin siyasi xəttini böyük uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə hər zaman qayğı ilə yanaşdığını, dövlət başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdünün təyin edildiyini və daim dövlət qayğısı göstərildiyini diqqətə çatdırdı.

Tədbirdə çıxış edən idarənin rəis müavini Gülgün Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayon Uşaq Musiqi Məktəbinin direktoru Arif Əliyev, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Yeganə Əhmədova və başqaları qeyd etdilər ki, 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Həmin gün Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Məhz bu əzmin, yenilməz iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi və bu gün müstəqil dövlət kimi dünya birliyində özünə layiqli yer tutan Azərbaycan sürətlə inkişaf edir.

XƏBƏRLƏR

06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir