Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
375

Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib

Fevralın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ölkəmizdə ilk televiziyanın - Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalının fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.

Qeyd olunub ki, Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.

Sonra proqram bədii hissə ilə davam edib. Konsertdə Azərbaycan Televiziya və Radiosunun Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru, “Fantaziya” skripkaçılar ansamblı, “Təbəssüm” rəqs qrupu çıxış edib. Həmçinin Tofiq Quliyevin “Bizim bağ”, “Rəqs”, Zeqinya Abreunun “Tiko-tiko” kompozisiyaları səsləndirilib, müxtəlif musiqi nömrələri nümayiş olunub.

Tədbir Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

XƏBƏRLƏR

30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki