Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1644

Rafiq Hacıbaba oğlu Əliyev

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti Rafiq Hacıbaba oğlu Əliyev 2020-ci il aprelin 16-da ömrünün 71-ci ilində vəfat etmişdir.  

Rafiq Əliyev 1949-cu il noyabr ayının 14-də Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərindəki 58 nömrəli orta məktəbi, 1971-ci ildə Sankt-Peterburq şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsini, 1979-cu ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirmişdir.

1976-cı ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləməyə başlayan  R.Əliyev aktyor kimi “Bumbaraş” tamaşasında Bumbaraş, “Üç müşketyor”da Aramis, “Təmas”da Andrey, “Müsyö Jordan və Dərviş Məstəli Şah”da Hatəmxan ağa, “Buratino”da Karabas-Barabas, “Buraxılış gecəsi”ndə Gena, “Müfəttiş”də Dobçinski, “Keçən ilin son gecəsi”ndə Süleyman, “Quyu”da Akif və başqa obrazlar yaratmışdır. “Quyu” tamaşasındakı Akif obrazına görə o, 1996-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.

1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərən R.Əliyev “Blez”, “Bir dəfə Braziliyada”, “Donaldın qeyri-adi sərgüzəştləri”, “Nəsrəddin”, “Hind fantaziyası”, “Timsah Genanın məzuniyyəti”, “Arzuları gerçəkləşdirən”, “Sirr”, “Çimnaz xanım yuxudadır” və başqa tamaşalara quruluş vermişdir. R.Əliyev eyni zamanda, Akademik Milli Dram Teatrında “Hamlet”, “İbrus” Teatrında “Şirə bənzər”, İstanbul Bələdiyyə Teatrında “Arslana bənzər”, Qazax Dövlət Dram Teatrında “Alov” tamaşalarının quruluşçu rejissoru olmuşdur.

Teatrla yanaşı kino sahəsində də uzun illərdir ki, səmərəli fəaliyyət göstərən R.Əliyev “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Babamızın babasının babası” filmində Reportyor, “Keçən ilin son gecəsi”ndə Süleyman, “Uzun ömrün akkordları”nda Əli Terequlov, “Qəm pəncərəsi”ndə General-qubernator, “Əlaqə”də Astrofizik və psixiator, “Lətifə”də Komsomol rəhbəri, “Ürəkdarıxdırıcı əhvalat”da Ortancıl qardaş, “Ailə dairəsi”ndə Qarik, “Otel”də ingilis professoru Luis, “Həqiqət anı”nda Əli Ömərov, “Hökmdarın taleyi”ndə Vanya Yüzbaşı, “Papaq”da Başçı, “Ölümə məhkum olunmuşlar”da Müstəntiq kimi obrazlar yaratmışdır.

R.Əliyev “Azərbaycanfilm”də çəkilmiş və son illərin uğurlu uşaq filmlərindən hesab edilən “Dərs” bədii filminin, eyni zamanda, “Mozalan satirik jurnalında “Tövbə” süjetinin quruluşçu rejissoru olmuşdur.

Onun özünəməxsus yaradıcılığı Azərbaycanın zəngin teatr və kino sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. Dünya teatr və kino irsinin nailiyyətlərindən uğurla bəhrələnərək ayrı-ayrı illərdə yaratdığı qiymətli obrazlar və quruluş verdiyi sənət nümunələri R.Əliyevə şöhrət qazandırmış, ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə tamaşaçıların zövqünün formalaşdırılmasına xidmət edərək, milli teatr və kino sənətinin təqdirəlayiq nümunələri kimi yüksək dəyərləndirilmişdir.

R.Əliyev teatr və kino fəaliyyəti ilə bərabər, eyni zamanda, uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsində pedaqoji fəaliyyət göstərərək, gənc nəslə sənətin sirlərini öyrətmişdir.

2004-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavini seçilən R.Əliyevin Azərbaycan mədəniyyət və incəsənəti qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, 1990-cı ildə Əməkdar artist, 2007-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunmuş, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.   

Görkəmli sənətkar, gözəl pedaqoq və səmimi insan Rafiq Hacıbaba oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Azərbaycan Teatr Xadimləri İttifaqı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

XƏBƏRLƏR

10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb