Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1230

“Tarixi yazmış bir tale” adlı respublika müsabiqəsi başa çatıb

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi pandemiya dövrü ilə əlaqədar olaraq distant rejimində müxtəlif formatlı tədbirlər təşkil etməyə davam edir.

Məlumdur ki, avqust ayında mərkəz tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini özündə təcəssüm etdirən “Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət respublika müsabiqəsinə start verilmişdir.

Müsabiqənin məqsədi görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, Heydər Əliyev mərkəzlərinin funksionallığının siyasi və sosial aktuallığının qorunması, mərkəzlərdə çalışan elmi işçilərin peşə səriştələrinin üzə çıxarılması, dəstəklənməsi, respublikada pandemiya dövründə fəaliyyətinin stimullaşdırılmasıdır.

Mövcud vəziyyətlə əlaqədar olaraq müsabiqənin keçirilmə şərtlərində müəyyən dəyişikliklər edilməklə obyektivlik və şəffaflığın təmin olunması məqsədilə Heydər Əliyev Mərkəzlərinin direktorlarının, həmçinin 70-ə yaxın mədəniyyət işçilərinin iştirakı ilə “Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət respublika müsabiqəsi mövzusunda vebinar təşkil olunub.

Qeyd edək ki, müsabiqəyə 39 anket-ərizə (37-si videotəqdimatla, 2-si isə videotəqdimatsız) təqdim olunmuşdur.

Videotəqdimatlar cari ilin sentyabrın 1-dən mərkəzinin rəsmi “facebook” səhifəsində paylaşılıb. Müsabiqənin şərtlərinə uyğun olaraq 10 gün ərzində videotəqdimatlara baxış və bəyənmə sayına görə birinci mərhələ qalibləri seçilib, ikinci mərhələ qalibləri isə münsiflər heyəti rəyinə əsasən qiymətləndirilib.

Baxış və bəyənmə sayına görə I yerə - Lerik rayon Heydər Əliyev Mərkəzi, II yerə - Zaqatala rayon Heydər Əliyev Mərkəzi, III yerə - Şəki şəhər Heydər Əliyev Mərkəzi layiq görülüb.

Münsiflər heyətinin rəyinə görə I yeri - Neftçala rayon Heydər Əliyev Mərkəzi, II yeri - Sabirabad rayon Heydər Əliyev Mərkəzi, III yeri isə Xızı rayon Heydər Əliyev Mərkəzi tərəfindən tutulub.

Müsabiqənin digər iştirakçıları fəxri fərman və sertifikatlarla təltif olunacaqlar.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib