Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
271

Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı

Cari il 18 oktyabr tarixində rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad etmişdir. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçrəngli bayrağı ucaldılmışdır.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı körpü (inv. 13) isə XIII əsrdə inşa olunmuşdur. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olmuşdur.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaratmışdır. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilmişdir. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilmişdir.

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır. Bu da bir daha Ermənistan Respublikası tərəfindən "Silahlı münaqişə zamanı mədəni sərvətləri qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Əminik ki, qısa zamanda rəşadətli Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı azad edəcək və 30 ilə yaxın bir müddətdə dağıntılara məruz qalmış yurd yerlərimiz və bütün tarix-mədəniyyət abidələrimiz dövlətimizin bu sahədə həyata keçirdiyi fəaliyyətə uyğun şəkildə bərpa edilib yenidən xalqımıza qaytarılacaqdır.

Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya İrsi Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası tərəfindən tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

XƏBƏRLƏR

23.11.2020 18:05
UNESCO və ISESCO-ya işğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqin nəticələri təqdim edilib
23.11.2020 16:48
V Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirildi
23.11.2020 15:44
Mədəniyyət Nazirliyi Fransanın tanınmış mədəniyyət xadimlərini dürüst olmağa və qərəzsiz mövqe tutmağa çağırır
23.11.2020 14:50
“Qarabağ mədəniyyətimizin beşiyi” layihəsinin növbəti təqdimatı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr edilib
23.11.2020 10:11
Anar Kərimov AZƏRTAC-a müsahibə verib
20.11.2020 15:32
Mədəniyyət Nazirliyində Yunus Əmrə İnstitutunun rəhbəri ilə görüş keçirildi
20.11.2020 12:22
Anar Kərimov ICESCO-nun baş direktoru ilə onlayn görüş keçirdi
19.11.2020 14:31
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinin qərəzli mövqeyinə etiraz edir
19.11.2020 11:10
Anar Kərimov İsrailin Azərbaycandakı səfiri ilə görüşdü
19.11.2020 11:05
MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının iclası keçirilib
18.11.2020 18:23
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
18.11.2020 14:16
Mədəniyyət Strategiyasının hazırlanması ilə bağlı ictimai rəy sorğusu keçirilir
16.11.2020 15:02
Azərbaycanın xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasının 10 illiyi münasibətilə tədbir keçirildi
13.11.2020 18:28
İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqlərin ilkin nəticələri açıqlandı
12.11.2020 17:19
Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacağıq
12.11.2020 15:42
Tarixi abidəyə müdaxilənin qarşısı alınıb
12.11.2020 15:00
Şuşanın Tarixi Mərkəzi Dünya irsi elan edilməsinə layiqdir
11.11.2020 19:08
Azıx mağara düşərgəsində aparılmış qanunsuz arxeoloji qazıntı işlərinə hüquqi qiymət verilməlidir
09.11.2020 15:33
Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri Fəxri xiyabanı ziyarət etdi
09.11.2020 09:30
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə yerləşən Azərbaycanın mədəni irsinə həsr olunmuş brifinq keçirilib
06.11.2020 17:13
Mədəniyyət Nazirliyinin Qubadlı rayonundakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
06.11.2020 09:42
Anar Kərimov Tacikistan Respublikasının ölkəmizdəki səfiri Rustam Soli ilə görüşdü
04.11.2020 15:25
Anar Kərimov Oxu.Az-a müsahibə verib
30.10.2020 18:33
Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirildi
30.10.2020 09:36
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı