Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2091

İCESCO nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.

Nümayəndə heyətini Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, ölkəmizin İCESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, İCESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələrinin nümayəndələri müşayiət edirlər.

Nümayəndə heyətinin səfəri Füzuli rayonundan başlayıb. Qonaqları Füzuli Rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyev qarşılayıb.

İCESCO-nun nümayəndə heyəti əvvəlcə Füzuli şəhərinin xarabalıqlarına baxıb, şəhər qəbiristanlığında erməni vandalizminin izlərini görüblər. Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri qarət məqsədilə dağıdıblar.

Şəhərdəki dağıdılmış Cümə məscidinin qalıqlarına baxış zamanı diqqətə çatdırılıb ki, ermənilər, işğal olunmuş digər bölgələrdəki məscidlərimizdə olduğu kimi, burada da mal-qara və donuz saxlayıblar. Nümayəndə heyətinin üzvləri İslam dini abidələrinin bu cür təhqir olunmasının, dağıdılmasının insanlıqla bir araya sığmadığını bildiriblər.

İCESCO-nun nümayəndə heyəti rayonun Qarğabazarı kəndində qədim karvansaraya və XVII əsrə aid məscidin qalıqlarına, həmçinin Qoçəhmədli kəndinin yerlə-yeksan edilmiş məscid binasının xarabalıqlarına da baxıb, ermənilərin törətdikləri vəhşiliklərin bilavasitə şahidi olub.

Nümayəndə heyəti daha sonra Ağdam rayonuna səfər edib, Cümə Məscidi, Çörək muzeyi, Dram teatrının binasına baxış keçiriblər.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə İCESCO-nun Elm və İnnovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, İCESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir.

İCESCO Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək.

XƏBƏRLƏR

26.11.2021 17:05
Nizami Gəncəvi Beynəlxalq Forumu başa çatdı
26.11.2021 13:40
Beynəlxalq forumun növbəti paneli “Xəmsə” dialoqlarının didaktik rolu” adlanırdı
25.11.2021 18:41
Beynəlxalq forumun növbəti panel iclası – "Nizami Gəncəvi: müasir dünyaya baxış"
25.11.2021 17:59
Anar Kərimov Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Piperiqos ilə görüşüb
25.11.2021 16:18
Özbək dilində Nizami “Xəmsə”nin təqdimatı keçirildi
25.11.2021 16:17
“Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans “Abidələri xilas edən Qələbə” və “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı sessiyaları ilə öz işinə davam etdi
25.11.2021 13:44
Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək
25.11.2021 13:38
Nizami Gəncəvinin ədəbi irsi bəşəriyyətin söz xəzinəsinə mühüm təsir göstərib
25.11.2021 13:36
“Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb
24.11.2021 20:23
“Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” mövzusunda beynəlxalq konfrans keçirildi
24.11.2021 18:39
“Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”
24.11.2021 17:17
“Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda panel iclası
24.11.2021 17:03
Fransız dilində nəşr olunan “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” kitabının təqdimatı oldu
24.11.2021 14:44
Nizami Gəncəvi Beynəlxalq Forumunun açılış mərasimi keçirildi
23.11.2021 14:36
Özbəkistanın media təmsilçiləri Füzuli və Şuşa rayonlarında olublar
23.11.2021 13:21
Bakıda təşkil olunacaq Nizami Gəncəvi Beynəlxalq Forumu ilə bağlı brifinq keçirildi
22.11.2021 19:49
Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə təntənəli yubiley konserti keçirilib
22.11.2021 19:21
Doğum günündə dahi bəstəkarın məzarı ziyarət olundu
22.11.2021 18:47
“Nizamini oxuyaq” kitab-albomu və “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı keçirildi
22.11.2021 18:31
“Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum keçiriləcək
22.11.2021 11:22
“Nizami” baleti yenidən Opera və Balet Teatrının səhnəsində
22.11.2021 11:11
Milli Kitabxanada Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açılıb
22.11.2021 10:30
12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı
19.11.2021 20:32
Nizami Gəncəvinin poeması əsasında “Xeyir və Şər” uşaq tamaşası təqdim edilib
19.11.2021 17:41
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü
19.11.2021 14:02
TÜRKSOY-un təşkilatçılığı ilə Bursa şəhərində Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan tədbir keçirildi
18.11.2021 18:57
“Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitablarının təqdimatı keçirilib
18.11.2021 16:52
“Azərbaycanfilm” Kinostudiyasının əməkdaşları “EnergaCAMERIMAGE” festivalında iştirak edirlər
18.11.2021 11:32
Anar Kərimov dünya şöhrətli musiqiçini qəbul edib
17.11.2021 10:12
Azərbaycandan 3 şəhər Avropa İttifaqının “EU4Culture” layihəsi çərçivəsində qrant vəsait qazanıb
16.11.2021 17:25
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
16.11.2021 14:15
“ICESCO akseleratoru” pilot layihəsinin ölkə finalı keçirildi
16.11.2021 11:50
Dahi şairin yurdu da Nizami Gəncəvi Beynəlxalq Festivalına ev sahibliyi edir