Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
311

Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir

24 sentyabr 2021-ci il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ekspo Mərkəzində 34-cü Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, əməkdaşlar İslam Hüseynov və Kamran Musayev iştirak edirlər.

10 ölkədən artıq və 200-dən çox nəşriyyatların iştirak etdiyi sərgi cari ilin 27 sentyabr tarixində başa çatacaqdır. Sözügedən tədbirdə Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, tarixini və coğrafiyasını əks etdirən kitablar sərgilənir. Sərginin ötənilki sərgilərdən fərqi oxucuların daha çox Qarabağla bağlı kitablara diqqət yetirməsi olub. Digər maraqlı məqam isə artıq neçə illərdir ki, Ermənistan stendində sərgilənən və erməni mifologiyasını təbliğ edən Qarabağla bağlı kitablara rast gəlinmir.

Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında tarixi ədaləti bərpa etməsi dünya oxucusunun Qarabağa olan marağının daha da artırmasına vüsət yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Ordumuzun Qarabağı Ermənistan işğalından azad etməsindən sonra dünya ictimaiyyətinin, dünya oxucusunun Qarabağa marağı daha da artdığı açıq şəkildə hiss olunur.

Bundan başqa ölkə rəhbərinin Nizami Gəncəvi ili elan etməsi və bu qəbildən yerli və beynəlxalq tədbirlərin keçirilməsi nəticəsində xarici gənc oxucuların Nizami haqqında yeni nəşrlərlə maraqlanması da ürəkaçan bir hadisədir. Bu da öz növbəsində Azərbaycan mədəniyyətinin dünyaya daha da tanıdılması üçün uğurlu təbliğat vasitəsidir.

XƏBƏRLƏR

22.10.2021 16:12
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytı təqdim olundu
22.10.2021 14:00
“Kamil Əliyev: rəssam və dövr”
22.10.2021 13:02
Nizami Gəncəvinin yaradıcılığı Almaniyada təbliğ olunur
22.10.2021 11:40
Rusiya Milli Kitabxanasında “Nizaminin sözünü hiss et” adlı sərginin açılışı keçirilib
22.10.2021 11:26
Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət üzrə İşçi qrupunun iclası keçirilib
22.10.2021 10:37
“Big Idea Challenge” müsabiqəsinin qalibləri ilə görüş keçirildi
21.10.2021 16:02
Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq
21.10.2021 12:23
İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının təntənəli bağlanış mərasimi keçirilib
21.10.2021 10:36
Daşkənddə “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbir təşkil edilib
21.10.2021 10:24
Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub
20.10.2021 17:24
Mədəniyyət Nazirliyi “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisində təmsil olunur
20.10.2021 16:43
“Euronews” telekanalı “İşıq festivalı. Nizami Gəncəvi” ilə bağlı süjet yayımlayıb
18.10.2021 16:35
Əməkdar jurnalist Tamilla Haşımova vəfat edib
18.10.2021 13:36
"Biz" filmi VI Türk Dünyası Sənədli Film Festivalında mükafata layiq görülüb
18.10.2021 11:11
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası nümayiş olunub
18.10.2021 10:29
Akademik Milli Dram Teatrı uzun fasilədən sonra pərdələrini açdı
18.10.2021 10:06
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18.10.2021 10:02
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.10.2021 18:45
"Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti" respublika elmi-praktiki konfransı keçirilib
15.10.2021 13:11
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib
15.10.2021 12:38
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir
14.10.2021 18:17
Nazir Anar Kərimov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşdü
14.10.2021 16:30
Nazir Anar Kərimov GUAM təşkilatının baş katibi ilə görüşüb
13.10.2021 17:52
Bakıda son illərin ən möhtəşəm kitab sərgisindən təəssüratlar...
13.10.2021 16:58
“Zəfər: körpələrin gülüşü”
13.10.2021 12:36
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri müəyyən olundu
12.10.2021 18:18
VII Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayəsində yeni dönüş nöqtəsi yaratdı
12.10.2021 17:57
Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12.10.2021 12:18
Akademik Opera və Balet Teatrı 113-cü mövsümünə "Qıpçaq rəqsləri"nin premyerası ilə başlayıb