Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1407

TÜRKSOY-un media mükafatları təqdim olundu

Təşkilat builki mükafatları 44 günlük Vətən müharibəsinə həsr edib.

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə TÜRKSOY-un media mükafatının təqdimat mərasimi keçirildi. İlk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş apararkən düşmənin basdırdığı minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovdan bəhs edən film nümayiş etdirildi.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq dedi ki, Azərbaycan xalqı bu günü 30 ildir gözləyirdi. Bu illər ərzində insanların öz yurd-yuvasından qovulması, Xocalı qətliamı, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, tarixi və mədəni abidələrimizin dağıdılması bizi sarsıdırdı: “Bütün bu ədalətsizliyə dünya səssiz qalırdı. Azərbaycan xalqı bununla barışmadı və özü ədaləti bərpa etdi. Dövlət başçımıza və rəşadətli Ordumuza təşəkkür edirik ki, bizi bu döyüşdən alnıaçıq, üzüağ çıxardılar. Bu, Azərbaycan üçün bir şərəf məsələsi idi. Bu haqq savaşına təkcə Ordumuz deyil, ürəyi Azərbaycanla döyünən Türk dünyası da töhfə verdi. Biz bütün sahələrdə olduğu kimi, bu dəstəyi informasiya savaşında da hiss etdik. Fürsətdən istifadə edib bütün Türk dünyasına və yanımızda olan media nümayəndələrinə təşəkkür edirəm”.

Builki media mükafatını Qarabağ savaşına həsr etdiyi üçün TÜRKSOY-un Baş katibi Düsen Kaseinova minnətdarlığını bildirən nazir tədbirdə iştirak edən dünya şöhrətli fotoqraf soydaşımız Rza Diqqəti və türkiyəli telejurnalist Fülya Öztürkün Azərbaycanın haqq mübarizəsinə verdikləri dəstəyi yüksək qiymətləndirdi: “Rza bəy I Qarabağ savaşında da Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında böyük əmək sərf etmişdi. İnanıram ki, Qarabağın yenidən quruculuğunda da siz media nümayəndələri bizim yanımızda olacaqsınız. Azərbaycan və Türk dünyası regiona və dünyaya hər zaman sülh mesajı verir, beynəlxalq hüququ müdafiə edir. Bölgənin yenidən inkişafa qədəm qoyması üçün biz nazirlik olaraq "Mədəniyyət naminə sülh" kampaniyasına başlamışıq. İnanıram ki, bu layihə sizlər tərəfindən işıqlandırılaraq dünyaya yayılacaq. Bir daha sizin hamımıza təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram".

Daha sonra TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı çıxış edərək Düseyn Kaseinovun salamlarını çatdırdı. Vurğuladı ki, türk xalqlarının tarixi şanlı zəfərlə doludur. Bu tarixə 2020-ci ildə Azərbaycan daha birini əlavə etdi. “TÜRKSOY-un 2009-cu ildən təsis etdiyi media mükafatı bu il Azərbaycanın Vətən müharibəsini işıqlandıran media nümayəndələrinə təqdim olunur. Vətəni Azərbaycanın Şuşa şəhəri olan Xarıbülbül çiçəyini simvolizə edən bu mükafat sizi işlərinizdə daha böyük nailiyyətlərə səsləyir”, - deyə Bilal Çakıcı əlavə etdi.

Daha sonra mükafatlar təqdim olundu. Nazir Anar Kərimov şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun mükafatını qardaşlarına təqdim etdi. M.İbrahimovun qardaşı Əsgər İbrahimov və S.Abışovun qardaşı Şirzad Abışov təltifə görə təşəkkürlərini bildirdilər. Onların qardaşları ilə fəxr etdiklərini dedilər.

Mükafatı alan Rza Diqqəti şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşdü. Dedi ki, müharibənin səssiz qəhrəmanları da olur: “Mən bu mükafatı şəhid ailələrinə həsr edirəm”.

Fülya Öztürk Azərbaycandan gördüyü sevgiyə görə qürur duyduğunu bildirdi, müharibə vaxtı çəkilişlərə öz istəyi ilə gəldiyini diqqətə çatdırdı.

Trabzon Ortahisar Bələdiyyəsinin sədri Ahmet Metin Genç səhnəyə dəvət ediləndə diqqətə çatdırıldı ki, 44 günlük Vətən müharibəsi gedişində bələdiyyə Azərbaycan bayrağı qaldırıb. Bələdiyyə sədrinə xüsusi mükafat təqdim edildi. A.M.Genç də öz növbəsində nazir Anar Kərimova kiçik hədiyyə təqdim etdi.

Daha sonra Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan, Qırğızıstandan olan jurnalistlərə TÜRKSOY-un media mükafatları verildi.

Tədbir Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında “Qarabağ şikəstəsi” ilə yekunlaşdı.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib