Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
545

Bakı Dövlət Universitetində ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı başlayıb

Bu gün Bakı Dövlət Universitetində (BDU) ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı başlayıb. Beynəlxalq tədbir mövcud əməkdaşlıq çərçivəsində ICESCO-nun təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaxından iştirakı ilə keçirilir.

Seminara ICESCO-nun Elm və texnologiyalar sektorunun rəhbəri Rahil Qamar və BDU-nun rektoru Elçin Babayev sədrlik edir.

Seminarın ilk günü tədbirin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq tədbirin açılış mərasimində BDU-nun rektoru Elçin Babayev çıxış edərək Azərbaycanın ICESCO ilə yaxından əməkdaşlıq edən və bu əlaqələrə böyük önəm verən əsas üzv dövlətlərdən biri olduğunu qeyd edib. Bildirib ki, bu nüfuzlu beynəlxalq təşkilatın əlaqələrindən yararlanaraq digər üzv ölkələrlə təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar var. Bu əməkdaşlıq əlaqələri BDU-nun da elm və təhsil sahəsindəki uğurlarının artmasına yeni yol aça bilər.

Azərbaycanla ICESCO arasındakı əlaqələrin davamlı inkişafında dövlətimizin başçısı İlham Əliyevin müstəsna xidmətləti var. Təsadüfi deyil ki, 2015-ci ildə ICESCO-nun Baş Konfransının XII sessiyası Bakı şəhərində keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada əhatəli və məzmunlu çıxış edib. 2009-cu ildə təşkilat tərəfindən Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ölkə başçısının müəyyənləşdiridiyi siyasətə uyğun olaraq qarşılıqlı əlaqələrin dinamik inkişafından xəbər verir. Eyni zamanda onu da xüsusi vurğulamaq lazımdır ki, ICESCO daim Azərbaycanın ədalətli mövqeyini müdafiə etmiş, həm münaqişə dövründə, həm 44 günlük Vətən Müharibəsi günlərində, eləcə də tarixi zəfərimizdən sonra ölkəmizə ən yüksək səviyyədə dəstəyini ifadə edib.

Rektor ICESCO ilə əlaqələrin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında və canlanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindən danışan rektor Elçin Babayev, onun sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyəti, qayğıya ehtiyacı olan uşaqlara diqqəti, onların yaşayış şəraitinin yaxşılaşdırılması, təhsil və elm sahələrində, həmçinin İslam Dünyasında görülən işlərə böyük dəstəyi barədə qonaqlara məlumat verib.

Sonra BDU-nun əməkdaşı Lalə Hüseynzadənin hazırladığı "Şuşa bizi gözləyir!" adlı qum kompozisiyası və Heydər Əliyev Fondunun Azərbaycanın milli sərvətlərinə, qədim mədəniyyətinə, tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə ICESCO-nun baş direktoru Salim Al Malik videotəbriki təqdim edilib, ICESCO-nun fəaliyyətini əks etdirən videçarx nümayiş olunub.

Daha sonra tədbirdə Azərbaycan Respublikasının ICESCO üzrə Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdiri Nicat Məmmədli, ICESCO-nun nümayəndəsi, elmi tədbirlər üzrə ekspert Foued Elayni, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Orta Şərq Texnik Üniversitetinin professoru Ahmet Oral, Pakistanın Elm və Texnologiya üzrə Milli Universitetinin mühəndisi Mohsin Tivana çıxış ediblər.

Pakistan Virtual Universitetinin rektoru, professor Arshad Saleem Bhattinin açılış mərasiminə təbrik məktubu səsləndirilib.

Qeyd edək ki, 4-7 oktyabr tarixlərində keçiriləcək seminarın məqsədi cihazqayırmaya və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etmək, habelə müxtəlif növ sensorların istifadəsi, verilənlərin əldə edilməsi və emal edilməsi haqqında iştirakçıları məlumatlandırmaqdır. Seminar iştirakçları cihazların işlənməsinin əsas komponentləri ilə tanış olub, eyni zamanda sensorlardan gələn siqnalları əldə etmək və mikronəzarətçilər vasitəsilə idarə etməyi öyrənəcəklər. Təlimlərin sonunda iştirakçılar özləri temperatur tənzimləyiciləri, elektrik ölçmə sistemləri və s. sadə cihazıları işlətməyi təcrübə edəcəklər.

Seminarın ilk hissəsində mühazirə, ikinci hissəsində isə praktik təlimlər keçiriləcəkdir. Təlimlərdə BDU tələbələri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri də iştirak edir.

XƏBƏRLƏR

21.10.2021 16:02
Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq
21.10.2021 12:23
İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının təntənəli bağlanış mərasimi keçirilib
21.10.2021 10:36
Daşkənddə “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbir təşkil edilib
21.10.2021 10:24
Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub
20.10.2021 17:24
Mədəniyyət Nazirliyi “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisində təmsil olunur
20.10.2021 16:43
“Euronews” telekanalı “İşıq festivalı. Nizami Gəncəvi” ilə bağlı süjet yayımlayıb
18.10.2021 16:35
Əməkdar jurnalist Tamilla Haşımova vəfat edib
18.10.2021 13:36
"Biz" filmi VI Türk Dünyası Sənədli Film Festivalında mükafata layiq görülüb
18.10.2021 11:11
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası nümayiş olunub
18.10.2021 10:29
Akademik Milli Dram Teatrı uzun fasilədən sonra pərdələrini açdı
18.10.2021 10:06
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18.10.2021 10:02
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.10.2021 18:45
"Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti" respublika elmi-praktiki konfransı keçirilib
15.10.2021 13:11
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib
15.10.2021 12:38
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir
14.10.2021 18:17
Nazir Anar Kərimov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşdü
14.10.2021 16:30
Nazir Anar Kərimov GUAM təşkilatının baş katibi ilə görüşüb
13.10.2021 17:52
Bakıda son illərin ən möhtəşəm kitab sərgisindən təəssüratlar...
13.10.2021 16:58
“Zəfər: körpələrin gülüşü”
13.10.2021 12:36
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri müəyyən olundu
12.10.2021 18:18
VII Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayəsində yeni dönüş nöqtəsi yaratdı
12.10.2021 17:57
Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12.10.2021 12:18
Akademik Opera və Balet Teatrı 113-cü mövsümünə "Qıpçaq rəqsləri"nin premyerası ilə başlayıb
11.10.2021 14:04
Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib
08.10.2021 17:30
Nazir Anar Kərimov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşdü
07.10.2021 17:07
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan İşıq festivalı keçiriləcək
06.10.2021 16:29
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirildi