Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
792

Ağcabədi rayonunda “Xarı Bülbül” festivalı keçirildi

7 noyabr 2019-cu il tarixində Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər üçün Təhsil Mərkəzi və Ağcabədi Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Gənclərin 2-ci Yaradıcılıq “Xarı Bülbül” festivalı keçirilmişdir.

Festivalda Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndələri, Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev, Gənclər üçün Təhsil Mərkəzi və digər mədəniyyət müəssisələrinin işçiləri, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin bir qrup əsgər və zabit heyəti iştirak etmişdir.

Tədbirdə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin rəhbəri Radə Telmanqızı və Ağcabədi rayon İcra Hakiyyətinin əməkdaşı Vüsalə Məmmədova çıxış edərək festival iştirakçılarına uğurlar arzu etmişlər. “Xarı Bülbül” festivalının məqsədindən söz açan natiqlər Qarabağ mədəni incilərinin təbliğ olunması, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılmasına kömək etmək, gənclərdə yaradıcılığa maraq oyatmaq və gənclərin yaradıcı ideyalarla çıxış etmələrinə şərait yaratmaq mövzusunda ərtaflı danışmışlar.

Sonra festival konsert proqramı ilə davam edib. Qarabağ Muğam Mərkəzinin müəllimi Əhəd Təhməzovun ifasında “Sevgili canan” romansı, müəllimlər – İsa Məmmədov, Həsən Əliyevin ifalarında “Qarabağ həsrəti” mahnıları, “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri Heydər Məmmədov və Egün Quliyevin M.Ə.Sabirin “Əhvalpürsanlıq” dialoq-şeiri, Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivinin “Sarı Gəlin” kompozisiyası, Hacıbədəlli kənd Uşaq Musiqi məktəbinin “Bayatı-Folklor” qrupunun üzvlərinin təqdimatında “Qarabağda toy” kompozisiyası, Zamin Sərdaroğulunun ifasında saz havası, Azərbaycan Aşıqlar Birliyinin üzvləri Əbdüləli Axundov, Təbriz Axundov və Tacir Alxanovun  ifalarında el havaları təqdim olunmuş və festival iştirakçılarının alıqşları ilə qarşılanmışdır.

XƏBƏRLƏR

18.02.2020 17:18
Beşinci Buktreyler Festivalı. Buktreyler hansı tələblərə cavab verməlidir?
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir