Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
972

Ağsuda İmadəddin Nəsiminin 650 illiyi qeyd olunub

Ağsu rayonunun ən ucqar və iri yaşayış məntəqələrindən olan Kalva kəndində Azərbaycanın dünya şöhrətli mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr edilən tədbir keçirilib.

Rayon mədəniyyət mərkəzi və mərkəzləşdirilmiş kitabxana sisteminin birgə təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində təşkil olunan tədbirdə kənd sakinləri, ziyalılar, nəsimisevərlər iştirak ediblər.

Çıxışlarda Azərbaycan xalqının çoxəsrlik ənənələrinə malik bədii və fəlsəfi fikrində dərin iz qoyan, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində layiqli yer tutan dahi şairin həyat və yaradıcılığından, ümumbəşəri fikirlərindən söz açılıb. Habelə insanpərvərlik və azadlıq nəğməkarı İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə bu ilin “Nəsimi ili” elan edildiyi diqqətə çatdırılıb, bununla əlaqədar keçirilən tədbirlərdən danışılıb.

Tədbirdə dahi şairin şeirlərinə bəstələnən mahnılar oxunub, qəzəllər səsləndirilib. İştirakçılar İmadəddin Nəsiminin əsərlərindən ibarət kitab sərgisi ilə də tanış olublar.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir