Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
564

ASAN Könüllüləri Təşkilatı ilə əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan Turizm və Menecment Universiteti və ASAN Könüllüləri Təşkialtı arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. ATMU-nun rektoru İlham Mədətov mərasim iştirakçılarını salamladıqdan sonra diqqətə çatdırıb ki, imzalanacaq sənədi niyyətin rəsmiləşdirilməsi kimi dəyərləndirə bilərik.

Rektor qeyd edib ki,  “ASAN xidmət”in özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan brendi olan “ASAN xidmət” “Dövlət xidmətlərinin çatdırılmasının yaxşılaşdırılması” kateqoriyasında BMT Mükafatının birinci yer üzrə qalibi seçilib. “ASAN xidmət”ə dünyada böyük maraq göstərildiyindən bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.

2017-ci il 14 noyabr tarixində imzalanan Əməkdaşlıq memorandumunun əsas məqsədi Azərbaycan gənclərində təhsil və elm sahəsinə olan marağın artırılması, gənclərin şəxsi inkifına yönələn fəaliyyətlərə cəlb olunması ilə dövlət gənclər siyasətinə töhvə verilməsi, turizmin müxtəlif sahələri və istiqamətləri üzrə könüllülük fəaliyyətinin təşviq olunması sahəsində, o cümlədən 2017-ci il 15 sentyabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planından irəli gələn sahələrin icrası və digər qarşılqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.

İmzalanan memoranduma əsasən, ASAN könüllüləri ATMU tərəfindən təşkil olunacaq yerli və beynəlxalq tədbirlərin təşkilinə cəlb olunacaqlar. Həmçinin tərəflər, birgə layihələrin, konfransların, seminarların, eyni zamanda ölkəmizin turizmin potensialının artırılması, sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarların bilik və bacarıqların artırılması istiqamətində faəliyyətlərin icra olunması və kənd turizminin inkişafı istiqamətində fəaliyyət göstərəcəklər.

ASAN Könüllüləri Təşkilatı ilə əməkdaşlığa dair memorandum Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və ASAN Könüllüləri Təşkilatının sədri Bəxtiyar İslamov tərəfindən imzalanıb.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib