ATMU-da “Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda elmi-praktik konfrans keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Turizmin İnkişafına Kömək” İctimai Birliyi Azərbaycan Turizm və Menecment Universiteti ilə birlikdə “Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda elmi-praktik konfrans keçirib. Konfransın keçirilməsində məqsəd aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizi, zabitlərimizi, yaralanmış və şəhid olmuş igidlərimizi, ölüm-dirim savaşında həlak olan qəhrəmanlarımızın ibrətamiz həyatını xalqımıza geniş şəkildə tanıtmaq və hərbi vətənpərvərlik tərbiyəsi işini ön plana keçirərək gənclərimizə aşılanmaq olub. Konfransı giriş sözü ilə açan layihə rəhbəri torpaqlarımızda tarixən baş verən qanlı döyüşlərdən, düşmənlərin vətənimizə göz dikməsindən, vətən uğrunda canını qurban verən igidlərdən və onların xatirələrinin anılmasından bəhs edib. Bildirilib ki, layihə fəaliyyəti dövründə çoxsaylı inşalar təqdim olunaraq onlardan ən yaxşıları “Aprel döyüşləri şanlı tariximizdir” başlıqlı toplu şəklində çap edilib. Sonra inşa müəllifləri öz yazırları ətrafında çıxış ediblər.Konfrans məruzəçilərindan AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Apoş Vəliyev aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Qalib Orucəliyev və Sarvan.Mehralıyev onların həyat yolundan danışıb.ATMU-nun tələbəsi Aytac İbrahimli isə şəhid Murad Mirzəyev haqqında essesini iştirakçıların diqqətinə çatdırıb.ATMU-nun tələbəsi Xəzər Musayev Aprel döyüşlərinin canlı şahidi kimi o zaman kənddə olduğunu və baş verən hadisələri iştirakçıların diqqətinə çatdırıb.