ATMU-da “İslam həmrəyliyi və etiqad turizmi potensialı” mövzusunda elmi praktik konfrans keçiriləcək
1069
24.10.2017
24.10.2017 10:18
25 oktyabr 2017-cı il tarixində saat 11.00-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İslam Həmrəyliyi ili” çərçivəsində “İslam həmrəyliyi və etiqad turizmi potensialı” mövzusunda elmi praktik konfrans keçiriləcək. Tədbirin gündəliyinə “Halal turizm və inkişaf perspektivləri”, ”Azərbaycanda dini turizm abidələri”, ”Gəncə-Qazax iqtisadi-coğrafi rayonun timsalında dini abidələr mədəni və tarixi turizm məhsulu kimi”, ”Azərbaycanda inanc turizmin maarifləndirici ekskursiya istiqamətinin inkişaf perspektivləri” mövzusunda məruzə və çıxışlar daxil edilib.
Tədbir ATMU-nun əsas korpusunda (K.Rəhimov küç.822/23-cü məhəllə) keçiriləcək.