Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1118

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Aşıq İsfəndiyar Rüstəmovun cari ildə 80 yaşı tamam olur.

Azərbaycan aşıq sənətinin inkişafı və təbliğində mühüm xidmətləri olan “Əməkdar mədəniyyət işçisi” İsfəndiyar Ədil oğlu Rüstəmov (Aşıq İsfəndiyar) 1937-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur.

Ömrünün 60 ilini aşıq yaradıcılığının inkişafına, təbliğinə, bu sənətin gənc nəslə aşılanmasına həsr etmiş İ.Rüstəmov 1964-cü ildə Gədəbəydə ilk aşıq ansamblını yaratmış, respublikada və xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə iştirak etmişdir.

İ.Rüstəmov Moskvada “Göyqurşağı” festivalı, “Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri” sərgisinin açılış mərasimi, “Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü”, Dərbənddə “Narınqala” aşıq musiqisi festivalında, Türkiyə, İran və digər ölkələrdə keçirilən mədəni tədbirlərdə respublikamızı müvəffəqiyyətlə təmsil etmişdir.

Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin üzvü olan, aşıq sənətinin inkişafı istiqamətində bu gün də yorulmadan çalışan İ.Rüstəmov eyni zamanda birliyin Gədəbəy rayon şöbəsinə rəhbərlik edir.

Cari ilin 24 oktyabr tarixində Azərbaycan Dövlət Filarmoniyasında Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi keçiriləcəkdir. Tədbirdə respublikamızın mədəniyyət nümayəndələri, tanınmış aşıqlar çıxış edəcəkdir. 

XƏBƏRLƏR

16.10.2018 10:22
Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib
15.10.2018 17:03
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
15.10.2018 16:29
Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib
15.10.2018 16:10
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin yeni uğuru
15.10.2018 12:32
“Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın premyerası keçiriləcək
15.10.2018 12:31
Musiqili Teatrda “Bağdadda bir gün” tamaşasının premyerası olub
15.10.2018 12:27
Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçirilir
15.10.2018 12:24
Arif Məlikovun mahnılarından ibarət konsert keçiriləcək
15.10.2018 10:27
Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi qeyd ediləcək
15.10.2018 10:23
Tbilisidə Azərbaycanın ustad muğam ifaçısına həsr edilən “Bülbülcan” kitabının təqdimatı olub
15.10.2018 10:13
Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub
15.10.2018 10:00
Azərbaycan Respublikasının mədəniyyət naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək
12.10.2018 17:33
Türkiyə Cümhuriyyəti Hesablama Məhkəməsinin prezidenti Qobustan qoruğunda olub
12.10.2018 15:55
Mərakeşin paytaxtı Rabatda Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (ISESCO) 13-cü konfransı keçirilir
12.10.2018 14:56
Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının birinci hissəsi Daşkənddə özbək dilində çap edilib
12.10.2018 14:49
Sankt-Peterburq şəhərində MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının iclası keçirilir
12.10.2018 12:36
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaqlar üçün estrada sinfi açılacaq
12.10.2018 12:21
Azərbaycanın mədəniyyət naziri: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir
12.10.2018 10:38
Frankfurt Beynəlxalq Kitab Sərgisində Bakı arxitektura bələdçisinin təqdimatı baş tutub
12.10.2018 10:26
Bakıda estrada sənətinin diplomlu sinfi açılacaq
12.10.2018 09:56
Milli Dram Teatrında Xalq artisti İlham Əsgərovun xatirəsi anılıb
11.10.2018 17:14
Qazaxda Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirildi
11.10.2018 16:51
Sumqayıt Dövlət Dram Teatrından daha bir yeni tamaşa
11.10.2018 16:39
Sumqayıtda Aprel şəhidi Əbdülməcid Axundovun anadan olmasının 25 illiyi münasibətilə tədbir keçirilib
11.10.2018 16:37
Kukla Teatrı festivaldan uğurla qayıtdı
11.10.2018 16:35
“Bağdadda bir gün”- Musiqili Teatrda mövsümün ilk premyerası belə adlanır
11.10.2018 16:24
Nazir Əbülfəs Qarayev İSESKO Baş Konfransının 13-cü sessiyasında iştirak etmək məqsədilə Mərakeşdə səfərdədir
11.10.2018 15:57
Biçmə-Tikmə dərnəkləri müsabiqəsinin ilk mərhələsi başa çatdı
11.10.2018 09:41
Sumqayıt Dövlət Dram Teatrında yeni layihə
11.10.2018 09:38
Dünyanı heyrətə gətirən 10 səs – “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib
10.10.2018 17:29
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirilib