Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1369

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası "Global Healthcare Travel Forum"-unda təmsil olunub

19-21 fevral 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dubay Əmirliyinin  himayəsi ilə "Global Healthcare Travel Forum"-un (Qlobal Sağlıq Turizmi Forumu) növbəti  zirvəsi keçirilib. Forumda 30-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Azərbaycanı bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) baş koordinatoru Mirağa Seyidov təmsil edib.

Zirvə toplantısının açılış mərasimində BƏƏ şəhzadəsi Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum və digər mötəbər hökümət nümayəndələri iştirak etmişdir.

Açılışdan sonra forum iki gün boyunca stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib. "Global Healthcare Travel Concil" stendində təmsil olunan AHTTSA sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaalti, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verib, qonaqlara turizm potensialını əks etdirən cap və elektron reklam-təbliğat materialları paylanıb. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizmi destinasiyaları, leqallaşma, tənzimləmə və akreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi turizm olmuşdur. 

Dubay Qlobal Sağlamlıq Turizmi Forumu iştirakçıları "Təcrübəni yenidən dərk etmə " saölamlıq turizmi  mövzusu ətrafında cəmləşmişdir. Tədbirin məqsədi  səhiyyə və səyahət təcrübəsi sahəsində regional və qlobal bilik və təcrübə mübadiləsi üçün platforma yaratmaq üçün ictimai və özəl səhiyyə və turizm  sahələrindən görkəmli liderləri və öncüləri bir araya gətirməkdir. Həmçinin, Forumun məqsədi Dünya miqyasında sağlamlıq turizmi inkişafı təcrübəsini artırmaq məqsədi gələcəyə yönəlmiş çağırışlardan yararlanaraq mədəniyyətlərarası dialoqlarla müsbət nəticələr əldə etməkdən ibarət olmuşdur.

Bu Forum eyni zamanda dünyanın müxtəlif ölkələrindən olan sənaye liderləri, sağlamlıq turizmi səfirləri və populyar tibbi turizm yerlərinin uğurlu hekayələrini nümayiş etdirən Səfirlər Sammiti kimi də yadda qaldı. Digər görkəmli məruzəçilər isə qlobal tibbi turizm tətbiqlərini təkmilləşdirmək məqsədilə fikir mübadiləsi və məlumatların mübadiləsi aparacaq beynəlxalq sənaye mütəxəssisləri və tədqiqatçılar idilər.

Xatırladaq ki, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosasiyasının prezidenti Ruslan Quliyev   bu təşkilatda vitse-prezident postunda təmsil olunur.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!