Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1720

Azərbaycan, İtaliya və Avropa İttifaqının birgə Tvinninq layihəsinin ictimaiyyət üçün hesabat toplantısı keçirildi

Noyabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində növbəti Tvinninq layihəsinin hesabatına həsr olunan tədbir keçirildi.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək mədəniyyət sektorunun idarə olunmasında Tvinninq layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihənin məqsədi Avropa İttifaqı ölkələrinin təcrübəsinə və hüquq mexanizmlərinə əsaslanaraq Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinə töhfə verməkdir. Layihənin bu günə kimi əldə etdiyi əsas nəticələr, mədəni sərvətlərin ərazi üzrə inteqrativ idarəetmə planlaşdırılmasına yönələn cari fəaliyyətlərin tərəfdaş dövlətlərlə paylaşılmasıdır. Tvinninq layihəsinin məqsədi  eyni zamanda diqqəti mədəni irslə bağlı ehtiyaclara yönəltmək və Avropa ölkələrinin müvafiq təcrübə və nümunələrini uyğunlaşdırmaqla mədəniyyət sektorunda daha strateji idarəetmə modeli yaratmaqdır.

Layihənin növbəti dəfə həyata keçirildiyini diqqətə çatdıran nazir bildirdi ki, ilk Tvininq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adı altında gerçəkləşib: “İlk layihəyə “Milli turizm marketinq strategiyası” və “Xüsusi turizm zonasının mümkün modeli” mövzuları daxil idi. Budəfəki Tvininq isə mədəniyyət sahəsinin idarə edilməsinin təkmilləşdirilməsini əhatə edir. İtaliya bu layihənin aparıcı tərəfi kimi Azərbaycanda mədəniyyət sektorunun idarə edilməsinə yeni metodların tətbiqinə öz töhfəsini verəcək”.

Əbülfəs Qarayev qeyd etdi ki, Tvinninq layihəsi həyata keçirildiyi müddətdə böyük irəliləyişlərə nail olunub. Bu işə cəlb olunan insanlar layihəyə məsuliyyətlə yanaşırlar: “Bu müddət ərzində bizim nümayəndələr İtaliyaya ezam olunublar. Orada muzey və klubların fəaliyyəti, onların iş üslubu ilə yaxından tanış olaraq bu təcrübənin Azərbaycanda tətbiqi imkanlarını araşdırıblar. Bütün bunlar öz müsbət nəticələrini verməkdədir”.

Nazir regional mədəniyyət və turizm idarələrinin yaradılmasının müsbət nəticələr verdiyini diqqətə çatdıraraq bildirdi ki, bu idarəetmə işin düzgün təşkil edilməsi, lazımsız xərclərin azaldılması, yerli orqanların işinin daha fəal qurulmasına şərait yaradıb: “Bizim üçün yeni regional idarələrin öz işini müasir yanaşmalarla həyata keçirməsi çox vacibdir. Odur ki, Tvinninq proqramı çərçivəsində yeni bir təcrübə təqdim edilərək təşkilatlanma prosesinin metodologiyası hazırlanıb. İlkin pilot layihə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində tətbiq ediləcək. Gələcəkdə bu layihə Şəmkir və Lənkəranda, tədricən bütün regionlarda icra olunacaq. Komissiyanın üzvləri regionların strukturunu tam təhlil edərək metodologiyanın tətbiqinə dair fikirlərini bildiriblər. İstəyimiz ondan ibarətdir ki, Azərbaycanda mədəniyyətin idarə edilməsi tək dövlət tərəfindən deyil, geniş ictimai xarakter daşısın. Tvinninqin məqsədlərindən biri də yerlərdə yaradıcı mühitin formalaşdırılmasıdır. Bizim yerlərdə mədəniyyətin idarə edilməsi ümumi regionun yaradıcı mühitinə öz müsbət təsirini göstərməlidir. İdarəetmədə və yaradıcılıqda müasir sistem yaradaraq gələcək nəsillərə ötürməliyik”.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirdi ki, ittifaqa üzv respublikaların mədəni irsinin tanıdılması və bu ölkələrdə mədəniyyətin idarə edilməsində müasir yanaşmaların həyata keçirilməsi təşkilatın qarşısında duran vəzifələrdən biridir: “Bu kontekstdə islam ölkələrinin mədəni irsinin tanıdılması böyük önəm kəsb edir. Biz çalışırıq ki, bu ölkələrdə yeni metodologiyaları tətbiq və təbliğ edək”.

Azərbaycanın beynəlxalq aləmdə tolerantlıq məkanı kimi tanındığını bildirən K.Yankauskas qeyd etdi ki, ölkənin mədəni irsi çox zəngindir. Mədəniyyət sahəsində idarəetmənin optimallaşdırılması sektorun gəlirlərinin artmasına da şərait yarada bilər.

İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari diqqətə çatdırdı ki, mədəniyyət fəaliyyətlərin ardıcıllığından ibarətdir. İtaliya dünyada mədəniyyət ölkəsi kimi tanınır: “Biz bu ənənələri yüzilliklər boyu əldə etmişik və mədəniyyətin idarə edilməsi ənənələrini, təcrübəsini paylaşmaqda Avropa Birliyi ilə yaxından əməkdaşlıq edirik. Müasir metodologiyaların tətbiqi ərazi üzrə mövcud resursların daha müasir şəkildə idarə edilməsinə imkan yarada bilər. Tvinninq layihəsinin məqsədlərinə daxil edilmiş mövzularda maliyyə mənbələrinin diversifikasiyası, təhsil sisteminin təkmilləşdirilməsi, mədəni və tarixi abidələrin qorunması, muzey işinin müasirləşdirilməsi məsələləri yer alıb ki, bu da Azərbaycanda mədəniyyət sektorunun idarə edilməsinə öz töhfəsini verəcək”.

Rezident Tvininq müşaviri, İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndəsi Alessandro Bianki layihənin benefisiar ölkələr üçün faydalı olduğunu dedi. Bildirdi ki, uzun illərin ənənələri müasir tətbiqə çevrilməlidir: “Yeni yaradılan regional idarələr funksional çalışmalıdırlar. Yaradıcı sənayenin inkişafı mütləqdir. Muzey və qalereyalar yenilik axtarışında olmalıdırlar. Artıq vəsaitin əldə edilməsi qabiliyyətini gücləndirmək lazımdır. Tvininqin əsas məqsədi yeni baxış və münasibəti formalaşdırmaqdır”.

Layihənin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin  Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif  Eyvazzadə bildirdi ki, Tvininq layihəsi çərçivəsində 7 təlim səfəri təşkil olunub. Müxtəlif sahələri əhatə edən təlimlər mədəniyyət sistemində dövlət və özəl sektorun tərəfdaşlıq qurumlarının yaradılması, mədəni landşaftın daha güclü mühafizəsi, kitabxana sisteminin təkmilləşdirilməsi və s. məqamlar əhatə edib. Bundan əlavə, layihə çərçivəsində yeni vəsaitlərin cəlb olunması üçün əlverişli fiksal rejimin yaradılması, mədəniyyət və bərpa sahəsində bacarıqların təkmilləşdirilməsi, muzey və mədəniyyət klublarının şəbəkəsinin təkmilləşdirilməsi, qeyri-maddi mədəni irsin mühafizəsinin modernləşdirilməsi mövzuları üzrə işlər həyata keçirilib.

Şöbə müdiri onu da bildirdi ki, İtalyan nümunəsində mədəni sərvətlərin qanunsuz ticarəti ilə bağlı məsələ də gündəmdir. Bu mövzuda hüquq-mühafizə orqanları ilə birgə tövsiyələr sənədi təhlil ediləcək.

Sonda nazir Əbülfəs Qarayev tədbirdə iştirak edən mədəniyyət sektorunda çalışan məsul əməkdaşlara bir daha layihənin həyata keçirilməsi ilə bağlı tövsiyələrini verdi.

XƏBƏRLƏR

06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb