Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
817

Bakıda tanınmış rəssam Vədud Müəzzinin fərdi sərgisi açılıb

Muzey Mərkəzinin sərgi qalereyasında tanınmış rəssam və heykəltəraş, musiqiçi Vədud Müəzzinin fərdi sərgisi açılıb.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə dəstəyi ilə gerçəkləşib.

Sərginin açılışından öncə Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Bildirib ki, rəssamın ölkəmizdə ilk sərgisi 2002-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi və iştirakı ilə təşkil edilib. Daha sonra fırça ustasının 2013 və 2018-ci illərdə də Bakıda sərgiləri açılıb: “Budəfəki sərgidə Vədud Müəzzinin realist üslubda yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri nümayiş olunur. Bu nümunələr içərisində qədim Bakı mövzusu və Azərbaycanın gözəl təbiətini tərənnüm edən əsərlər yer alır. İnanıram ki, bu sərgi paytaxtımızın mədəni həyatında hadisəyə çevriləcək. Çünki bu əsərlər böyük zövq və yüksək ustalıqla ərsəyə gəlib”.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamı deyib ki, sərginin açılışı əsl sənət bayramıdır. Çünki burada həm rəssamlar, həm də musiqiçilər bir araya gəlib: “Vəduz təkcə rəssam deyil, həm də gözəl müğənnidir. Bu gün biz musiqi ruhlu əsərlərin yer aldığı sərgi ilə tanış olmaq imkanı qazanacağıq”.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamın özünəməxsus üslubundan söz açıb. Deyib ki, sərgidə qrafika əsərləri üstünlük təşkil edir: “Vədud Müəzzin miniatür rəssamlığın geniş yayıldığı Ərdəbildə dünyaya gəlib və modernist ruhlu Türkiyədə təhsil alıb. Amma o nə miniatürə, nə də modernizmə meyl etdi. Realizmə üstünlük verən rəssamın əsərləri həmişə böyük maraqla qarşılanır”

Sonra qonaqlar sərgi ilə yaxından tanış olub.

Qeyd edək ki, Vədud Müəzzin 1960-cı ildə İranın Ərdəbil şəhərində anadan olub. Rəssamlıq təhsilini Tehran İncəsənət Universitetinin dekorativ incəsənət fakültəsində alıb. Daha sonra Türkiyənin Memar Sinan Universitetində təhsilini davam etdirib.

Rəssam İranın bir çox şəhərləri ilə yanaşı, bir sıra Avropa ölkələrində, ABŞ və Kanadada fərdi sərgisini təşkil edib, qrup sərgilərin iştirakçısı olub. İranda onun rəsm əsərlərindən ibarət dördcildlik albom-kataloq nəşr edilib. O, rəssamlıqla yanaşı, musiqinin sirlərini də tələbələrinə öyrədir.

Sərgi mayın 26-dək ziyarətçilər üçün açıq qalacaq.

 

XƏBƏRLƏR

09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir