Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1933

Bayram günlərində Quba və Qusar rayonlarına gələn turistlərin sayı xeyli artıb

Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla minə yaxın turist faydalanır.

Bayram günlərində şimal bölgəsinə, o cümlədən Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbilər də var.

“Şahdağ” Turizm Mərkəzinin satış və marketinq şöbəsindən bildirilib ki, hər il olduğu kimi, bu il də turizm mərkəzində bayram günlərində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilib. Novruz bayramı ilə əlaqədar turizm mərkəzində martın 26-dək davam edəcək bayram proqramı və şənliklər hazırlanıb. Bu il bayram günləri üçün Turizm Mərkəzində yerləşən otellərdəki yerlərin 80 faizdən çoxu əvvəlcədən sifariş verilib.

Rusiyada fəaliyyət göstərən turizm şirkətinin nümayəndəsi Timur Əhmədov bildirib ki, onların şirkəti vasitəsilə hər həftə Dağıstan Respublikasından Qusara onlarla turist gəlir: “Bizim şirkətə müraciət edən turistlər “Şahdağ”dan çox razı qalırlar. Burada xidmət səviyyəsi yüksəkdir. Kanatlar, xizək yolları turistlərin ürəyincədir. Həm də bizə məsafə baxımından çox yaxındır. Buna görə də tez-tez gəlirik”.

Şahdağ Turizm Mərkəzində dincələn kanadalı turist Aleksandr Kote Azərbaycana ailəsi ilə birlikdə gəlib. “Çox bəyəndim. Buranın təbiəti xoşuma gəldi. Gözəl və əyləncəli istirahət məkanıdır”, - deyə kanadalı qonaq bildirib.

Çoxsaylı yerli turistlərdən biri Rafael Səlimov Azərbaycanda belə bir müasir istirahət mərkəzinin olması ilə qürur duyduğunu deyib: “Dünyanın bir çox ölkələrində olmuşam. Müqayisə edəndə görürsən ki, burada yaradılan şəraitlə yanaşı, xidmətlərin səviyyəsi də yüksəkdir. Düzdür, hələ bir çox xidmətlərdən faydalanmamışam. Amma gördüklərim müsbət fikir söyləməyə əsas verir.”

Turizm mərkəzi Novruz günlərində də müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarındadır.

Bayram günlərində Quba rayonuna gələn turistlər isə daha çox Qəçrəş istirahət zonasına üz tutublar.

Quba Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, bayram günlərində rayona gələn turistlərin sayı adi günlərdəkindən 50-60 faiz çox olub.

Gücləndirilmiş iş rejimində çalışan mərkəzdə “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!