Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1511

Bərdə Regional Mədəniyyət İdarəsi konsert proqramı ilə çıxış edib

Mədəniyyətimizin inkişafı, Azərbaycan, o cümlədən Qarabağ mədəniyyətinin tərənnüm edilməsi istiqamətində Bərdə Regional Mədəniyyət İdarəsi mütəmadi olaraq müxtəlif tipli tədbirlər həyat keçirir. Mədəniyyətlərarası mübadilə prosesini daima diqqətdə saxlayan regional idarə bu istiqaməti rəhbər tutaraq Şəki Regional Mədəniyyət İdarəsinin qonağı oldu.

Baş tutan tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin təqdim etdiyi sərgi ilə başlanıb. Sərgidə yerli ustaların əl işləri, regionun tarix və mədəniyyətini əks etdirən çap məhsulları, hədiyyələr və suvenirlər nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalov tədbir iştirakçılarını və təşrif buyurmuş qonaqları salamlayıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Mirvari Zeynalov onu da qeyd edib ki, respublikada həyata keçirilən mədəniyyət siyasətinin vahidliyini təmin etmək, habelə milli mədəniyyətin təbliği və qorunması naminə birgə əməkdaşlıq göstərmək mədəniyyət işçilərinin üzərinə düşən ən vacib məsələlərdən biridir.

Çıxışdan sonra söz musiqiçilərə verilib. Belə ki, Mingəçevir şəhər “Kür” xalq çalğı alətləri ansamblı bir birindən gözəl musiqi nömrələri səsləndirərək iştirakçıların zövgünə oxşayıb.

İfaçılardan Tərtər şəhər uşaq musiqi məktəbinin müəllimi Müşviq Qurbanovun ifasında Müslüm Maqomayevin “Azərbaycan”, Yevlax şəhər yaradıcılıq evinin bədii rəhbəri Rəşad Hüseynovun ifasında “Yaşa mənim xalqım”, V Respublika Muğam müsabiqəsinin qalibi Misir Məmmədovun ifasında Əlibaba Məmmədov “Baxdın maral kimi”, o cümlədən Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin müəllimi Azad Abışov və şagirdlərinin, Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbinin müəllimi Müzəffər Şükürovun, Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin müəllimi Yasin Əkbərovun, Tərgül Bərdəlinin, Bərdə rayon Kolayır kənd uşaq musiqi məktəbinin şagirdi Zibər Zamanovanın və Fəxri Mədəniyyət işçiləri olan Reyhan Rəcəbovanın, Sərdar əvəzoğlunun ifaları gurultulu alqışlarla qarşılandı. “Alov” rəqsi ilə çıxış edən Mingəçevir şəhər “Nur” rəqs qrupu isə daha da rəngarənglik qatdı. Təqdim olunan konsert proqramının sonunda Reyhan Rəcəbova, Tərgül Bərdəli, Misir Məmmədov və Yasin Əkbərov birlikdə “Qarabağ şikəstəsi”ni ifa ediblər.

Sonda Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Validə Nabatova göstərilən diqqət və qayğıya görə Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə və əməyi keçən hərbir kəsə regional idarə adından dərin təşəkkürlərini çatdırdı.

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib