Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4376

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər və Bərdə rayon nümayəndəliklərində seminar-müşavirə keçirilib

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər və Bərdə rayon nümayəndəliklərində seminar-müşavirə keçirilib.

Tərtər rayon Mədəniyyət Mərkəzində baş tutan seminar-müşavirəni Regional İdarənin Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov açaraq ay ərzində mədəniyyət müəssisələrində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Seminar müşavirənin gündəliyində duran məsələlərdən 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü, 2 avqust Azərbaycan kinosu günü ,  Xan qızı Natəvanın anadan olmasının 185 illiyi və xalq şairi Mirvari Dilbazinin anadan olmasının 105 illiyi mövzusunda çıxışlar edilib.

Daha sonra ay ərzində mədəniyyət müəssisələrində əmək intizamının vəziyyəti müzakirə olunaraq qabaqcıl təcrübənin əldə edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Regional İdarənin Bərdə rayon nümayəndəliyində də seminar-müşavirə keçirilib. Seminarda dövr ərzində görülmüş işlər, qarşıda duran vəzifələr, mətbuatla daha geniş şəkildə əlaqələrin qurulması və digər məsələlər müzakirə olunub.

Seminar-müşavirəni çıxış sözü ilə Regional İdarənin məsləhətçisi Validə Nabatova açıb. V.Nabatova seminar-müşavirənin gündəliyində duran məsələlərdən söz açaraq 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü, 2 avqust Azərbaycan kinosu günü və digər əlamətdar günlərdən bəhs edib.  O, həmçinin, müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin əvəzedilməz xidmətlərindən danışıb. Bununla yanaşı V.Nabatova çıxışında ulu öndərin əbədiyaşar kəlamlarından da misal gətirib : - “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”.

Daha sonra seminar-müşavirədə çıxış edən Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova klub müəssisələrinin fəaliyyəti haqqında danışıb. G.Məmmədova fəaliyyətinə görə fərqlənən klub müəssisələrindən söz açaraq digər mədəniyyət müəssisələri ilə qarşılıqlı fəaliyyətə və sağlam rəqabət aparmağa dəvət edib. Bundan başqa bir qrup klub müəssisəsi rayon Mədəniyyət mərkəzi tərəfindən Diplomla təltif olunub.

Sonda çıxış edən Bərdə rayon MKS-nin direktoru Havva Mirzəyeva kitabxanaların fəaliyyətinin genişləndirilməsi və kitabxanalarda göstərilən digər mədəni xidmətlərin artırılmasından bəhs edib. H.Mirzəyeva kitabların insan həyatında olan mühüm rolundan danışaraq gənc nəsildə kitab oxuma dəbinin daha da formalaşdırılmasının vacibliyini qeyd edib. 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib