Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1827

BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nəzdində fəaliyyət göstərən kitabxanaya Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində sənədlər toplusu və görmə məhdudiyyətli insanlar üçün Heydər Əliyev Fondu tərəfindən Brayl əlifbasında hazırlanmış kitablar hədiyyə edilib. Bütün dillərdə insan hüquqları ilə bağlı müxtəlif kitablar, təlim və tədris ləvazimatları, hesabatlar və digər məlumatların yer aldığı bu kitabxana Ali Komissarlıq, BMT-nin insan hüquqları mexanizmləri, üzv dövlətlər, QHT-lər və beynəlxalq təşkilatların nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, kitabları təqdim edən daimi nümayəndə Vaqif Sadıqov Azərbaycanda insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində dövlət siyasətindən danışıb, ölkəmizin Ali Komissarlıqla əməkdaşlığa önəm verdiyini qeyd edib. O, əlilliyi olan şəxslərin hüquqlarının dövlət tərəfindən müdafiəsinin təmin edilməsi sahəsində görülən işlər və bu şəxslərə göstərilən dəstək və qayğıdan söz açıb, sağlamlıq imkanları məhdud insanlar üçün əlçatanlığın asanlaşdırılması məsələsinin dövlət rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Kitabxananın direktoru xanım Alfia Gilbert ikinci dəfədir ki, kitabxanaya daimi nümayəndəlik tərəfindən kitablar hədiyyə olunduğuna görə minnətdarlığını ifadə edərək, kitabxanadakı materiallardan BMT-nin Cenevrə Bölməsi yanında akkreditə olunmuş dövlətlərin nümayəndələrinin, BMT əməkdaşlarının, QHT-lərin, eləcə də Cenevrədə təhsil alan tələbələrin yararlana biləcəyini bildirib. O, Azərbaycanda Brayl əlifbasında kitab nəşrinin xüsusilə təqdir olunduğunu vurğulayıb.

Eyni zamanda, iyulun 17-də Azərbaycanın Daimi Nümayəndəliyi tərəfindən növbəti dəfə BMT-nin Cenevrə Bölməsində fəaliyyət göstərən kitabxanaya kitablar hədiyyə edilib. Daimi nümayəndə Vaqif Sadıqov bildirib ki, Azərbaycan BMT-nin bu ən böyük kitabxanası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və artıq üçüncü dəfədir ki, buraya müxtəlif kitablar hədiyyə edir.

Kitablar sırasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi və arxitekturasına aid nəşrlər, eləcə də Brayl əlifbasında kitablar yer alıb. Daimi nümayəndə Azərbaycanın zəngin mədəniyyətə malik və qədim tarixi ilə seçilən müasir ölkə olduğunu bildirib. O, dövlət rəhbərliyi tərəfindən ölkəmizin mədəni irsinin qorunub saxlanılmasına göstərilən diqqət barədə danışıb, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Daimi nümayəndə, həmçinin kitabxana tərəfindən 2017-ci ildə Millətlər Liqasının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı 36 min səhifəlik arxiv materiallarının rəqəmsal formaya salınaraq Azərbaycan rəsmilərinə təhvil verildiyini xatırlayıb və bu sənədlərin tariximiz üçün xüsusi önəm daşıdığını vurğulayıb.

BMT kitabxanasının direktoru Françesko Pisano Azərbaycanın Daimi Nümayəndəliyi tərəfindən təqdim edilmiş kitablara görə dərin təşəkkürünü bildirərək, bu əməkdaşlıqdan məmnunluq ifadə edib və kitabxana fondunun gələcəkdə Azərbaycan barədə daha çox kitabla zənginləşəcəyinə ümidvar olduğunu deyib.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib