Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1339

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Şəmkirdə

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Şəmkir rayonu olub.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi, yerli sakinlər iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsinə təsadüf edən festivalda vətənpərvərlik ruhunda ifalar səsləndirilib.

Festivalı uşaq incəsənət musiqi məktəblərinin şagirdlərinin və Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin rəqs qrupunun çıxışları rəngarəng edib.

Mədəniyyət bayramında şəmkirli rəssamlar Fərman Hüseynov və Tariyel Məmmədovun rəsm əsərləri xüsusi guşədə sərgilənib. Eyni zamanda, Vüqar Alıyevin xüsusi taxta və oyma, Nigar Talıbovanın amiqurumi sənəti üzrə toxuma, heykəltəraş Nicat Əliyev və Kamran Qarayevin rəsm və taxta üzərində əl işləri diqqət mərkəzində olub.

Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar kitab guşəsi də qurulub. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin obrazı canlandırılıb, qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər səslənib. Kitab guşəsində Cəfər Cabbarlı, İsmayıl Şıxlı, Cəlil Məmmədquluzadə kimi mütəfəkkirlərin əsərlərinə də yer verilib.

Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib.

Yaradıcılıq festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradır. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açır.

Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı keçirilir.

XƏBƏRLƏR

18.02.2020 17:18
Beşinci Buktreyler Festivalı. Buktreyler hansı tələblərə cavab verməlidir?
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir