Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
877

Əbülfəs Qarayev Balakənə səfəri çərçivəsində bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib

Xəbər verdiyimiz kimi, iyunun 21-də mədəniyyət naziri Əbülfəs Qarayev və müavinlərin regionlarda növbəti vətəndaş qəbulu keçirilib.

Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətlərini dinlədikdən sonra mətbuata açıqlama verən Əbülfəs Qarayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini bir daha qeyd edib. Vurğulayıb ki, bugünkü qəbulda da vətəndaşlar tərəfindən mədəni xidmətlərin səviyyəsinin artırılması, musiqi, incəsənət məktəblərinin fəaliyyətinin daha da gücləndirilməsi kimi məsələlər qaldırılıb. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də diqqətə çatdırılıb.

Nazir deyib ki, bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin yerindəcə həll olunmasına və mədəniyyət sahəsində həyata keçirilən islahatların daha sürətlə aparılmasına şərait yaradır.

Prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamına toxunan nazir bildirib ki, bu sərəncam mədəniyyət sahəsində çalışan 40 min nəfərdən çox vətəndaşı əhatə edəcək. Bu da öz növbəsində ölkəmizdə vətəndaşların sosial durumunun daha da gücləndirilməsi sahəsində dövlət tərəfindən atılan daha bir uğurlu addımdır.

*     *     *

Əbülfəs Qarayev Balakənə səfəri çərçivəsində rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib. İlk olaraq Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti ilə tanış olan nazirə məlumat verilib ki, muzeyin ekspozisiyasında qədim dövrdən müasir günümüzədək rayonun tarixini, mədəniyyətini, məişətini əks etdirən 1400 eksponat və 500-ə yaxın elmi-köməkçi material nümayiş olunur.

Balakən şəhərində Uşaq incəsənət məktəbinin yeni inşa edilən binasına baş çəkən nazir görülən işlərlə tanış olub.

Nazir daha sonra Balakən şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, MKS-nin nəzdində xidmət, komplektləşdirmə və kitabişləmə, metodika-biblioqrafiya, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, informasiya-resurs və uşaq şöbələri fəaliyyət göstərir. Hazırda MKS 1 mərkəzi, bir şəhər və 16 kitabxana filialını özündə birləşdirir.

Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsi barədə tapşırıq və tövsiyələrini verib.

XƏBƏRLƏR

17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15.07.2019 08:44
Azərbaycanın Əməkdar artisti, dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
15.07.2019 08:43
“Ürəyində arzu tut” tamaşası Şəkidə nümayiş edilib
15.07.2019 08:41
Professor Fırat Purtaş: UNESKO-nun Şəki barədə qərarı Azərbaycana şərəf gətirən tarixi bir uğurdur
12.07.2019 16:19
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib
12.07.2019 15:48
Milli Kitabxanada “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə tədbir keçirilib.
12.07.2019 15:15
Milli Dram Teatrında mövsümün sonuncu tamaşası “Qarabağnamə” olacaq
12.07.2019 15:11
Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq