Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında misir alimi Yaqub Əl Şaruni ilə görüş keçirildi
17 may 2018–ci ildə Misirin böyük alimi, uşaq yazarı, 400-dən çox kitabın müəllifi, professor Yaqub Əl Şaruni ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görüş keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açaraq qonaqları salamladı və bu görüşdən məmnunluq duyduğunu vurğuladı. Tədbirdə iştirak edən Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaq haqqında geniş məlumat verdi. Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydibu görüşün Misir Azərbaycan əlaqələrinin önəmindən danışaraq qeyd etdi ki, iki ölkə arasında dostluq və mədəni əlaqələri möhkəmləndirmək üçün qarşılıqlı tədbirlərin keçirilməsi çox önəmlidir. Görüş Bakı Dövlət Univerisitetinin tələbələrinin və kitabxananın əməkdaşlarının müəlliflə diskussiya şəraitində davam etdi. Sonda kitabxananın direktoru T. Sadıqov qonağa kitabxana haqqında ətraflı məlumat verdi. Qonaqlar kitabxana ilə yaxından tanış oldu, kitabxanada fəaliyyət göstərən bütün şöbələrin işi ilə maraqlandılar. Professor Yaqub Əl Şaruni bu görüşdən məmnunluq duyduğunu xüsusi qeyd etdi.