Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2261

“Creative Business Cup”-ın Azərbaycan üzrə Milli mərhələsinə layihə qəbuluna start verilir

Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə yaradıcı və mədəniyyət sənayeləri üzrə beynəlxalq startap proqramı -  “Creative Business Cup (CBC)”- ın Azərbaycan üzrə 2019-cu il üçün Milli mərhələsinə qəbul açıq elan edilir!

Proqramın Açılış tədbiri 21 fevral 2019-cu il tarixində, saat 15:00-da, Holiday Inn Otelinin “Baku 2” zalında keçiriləcəkdir.

Sahibkarlıq və innovasiyalar üzrə qlobal təşəbbüs olan “Creative Business Cup” yaradıcı və mədəniyyət sənayelərində təmsil olunan startapları dəstəkləyərək onları investorlar və qlobal bazarlarla əlaqələndirir, biznesin və cəmiyyətin inkişafı naminə onların innovativ qabiliyyətlərini daha da inkişaf etdirir. “Creative Business Cup” çərçivəsində 70-ə yaxın ölkədə tərəfdaş təşkilatları vasitəsilə baş tutan Milli müsabiqələrin qalibləri Kopenhagen şəhərində hər il keçirilən beynəlxalq müsabiqədə iştirak etmək imkanı əldə edir.

Proqramın əsas tərəfdaşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və əsas təşkilatçısı Sil. innovasiya mərkəzidir. Nazirlik “Creative Business Cup” 2019 müsabiqəsinə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı, bu sahədə müasir biznes təşəbbüslərini dəstəkləmək, innovativ ideyalara təkan vermək məqsədilə qoşulmuşdur.

Proqram qəbul olunan startaplara və ideya müəlliflərinə geniş təkmilləşdirmə proqramı təklif edir. İnnovativ yaradıcı biznes ideyasına sahib olan sahibkar ruhlu hər bir şəxs - tələbə, sahibkar, startapçı, müəllim və digər iddiaçılar müraciət edə bilər.

Proqrama aşağıdakı sahələrdən istənilən birinə aid hərhansı innovativ layihə və ya startap ideyası ilə müraciət etmək mümkündür:

Musiqi, Film, Video & Fotoqrafiya, Sənətkarlıq, Rəssamlıq və Heykəltəraşlıq, Teatr, Ədəbiyyat və Nəşriyyat, Radio və Televiziya, Dizayn, Moda, Memarlıq, Reklam, Kompüter Oyunları və Elektronika, Oyuncaqlar və Oyunlar, 3D Çap, Proqram təminatı, Antik Bazarlar, Qastronomiya, Asudə Vaxt fəaliyyətləri.

"Creative Business Cup" 4 əsas mərhələdən ibarətdir:

Mərhələ 1: 2-günlük intensiv təlim kampı (Bootcamp) – 16-17 mart, 2019

Azərbaycan üzrə nəticələrə görə, “Creative Business Cup” proqramına qəbul olunan 13 startap komandası/layihə CBC proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv təlimlərdə iştirak edirlər. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.

Mərhələ 2: İntensiv pre-akselerasiyaproqramı – 17 mart-10 aprel, 2019

İki günlük təlim proqramı bitdikdən sonra komandalar 5 həftəlik ölkədaxili kouçinq sessiyalarına başlayırlar. Burada komandalar ekspertlər tərəfindən “Creative Business Cup”-ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki olaraq işləyəcək, layihələrinin ilkin işlək versiyasını tərtib edərək, ölkə finalına hazırlaşacaqlar.

Mərhələ 3: Ölkə Finalı – 12 aprel, 2019

Ölkədaxili kouçinq sessiyalarından sonra komandalar xarici ekspertlərin də iştirak edəcəyi münsiflər qarşısında Dünya Finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə, 70-ə yaxın ölkənin hər birinin ölkə finalı qalibi olan startap komandası Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Dünya Finalına vəsiqə qazanacaqdır.

Mərhələ 4: "Dünya Finalı" – Kopenhagen, Danimarka, 29-30 iyun, 2019 (Dünya Finalistləri üçün Kamp), 1-2 iyul, 2019 (Dünya Finalı)

Hər ölkədən olan qalib startap komandalar Dünya Finalında bir yerə toplanacaq və dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimatlar edəcəklər. Dünya Finalında dünyanın 70-ə yaxın ölkəsindən iştirakçıların iştirak etdiyi proqramda Milli qalib startapımız yarışacaq.

Müsabiqənin milli mərhələsi üzrə Azərbaycandan proqrama qəbul olunacaq 13 startap pre-akselerasiya proqramı çərçivəsində təkmilləşərək Danimarkada keçiriləcək qlobal final və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar:

  • Birinci yerin qalibi: Dünya Finalında iştirak üçün bütün xərclərin sponsorluğu,
  • İkinci, üçüncü yerlər və ən bəyənilən qadın sahibkar (startapçı) nominasiyalarının qaliblərinə dəyərli hədiyyələr.

CBC Qlobal Finalının mükafatları:

  • Birinci yer: 7,000 avro,
  • İkinci yer: 3,500 avro,
  • Üçüncü yer: 1,500 avro,
  • Əlavə olaraq 4 fərqli mövzu mükafatı (cəmi: 17,000 avro).

 

Son müraciət tarixi: 10 mart, 2019-cu il

Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!

Müraciət forması: https://platform.younoodle.com/competition/cbc_2019_azerbaijan

Suallarla bağlı “CreativeBusinessCupAzerbaijan” və ya “Social Innovation Lab” facebook səhifələrinə yaza və ya +994772099700 nömrəsinə zəng vuraraq müraciət edə bilərsiniz.

“Sil.” innovasiya mərkəzinin təşkil etdiyi digər beynəlxalq proqramlar haqqında məlumatlı qalmaq üçün “Social Innovation Lab” facebook səhifəsini izləyə və www.sil.vc veb səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Bir daha qeyd edək ki, “Creative Business Cup” 2019 proqramı Azərbaycanda “Sil.” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı və Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı ilə həyata keçirilir.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib