Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1375

“Euronews” telekanalında V Bakı Beynəlxalq Teatr Konfransı haqqında süjet yayımlanıb

“Euronews” beynəlxalq telekanalı Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə 5-6 noyabr tarixində Bakıda keçirilən V Beynəlxalq Teatr Konfransı haqqında süjet yayımlayıb. Vurğulanıb ki, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr edilən konfransda 40-dan çox ölkədən teatr mütəxəssisləri iştirak edib.

Süjetdə konfrans çərçivəsində “Teatr bu gün və sabah: sənətin qlobal tendensiyaları və inkişafı” mövzusunun müzakirəsi diqqət mərkəzinə çəkilib. Bu kontekstdə Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavskinin mövzu ilə bağlı fikirlərinə geniş yer verilib. Rektor teatrın gələcəyi barədə deyib:

"Biz bu gün sabahın, gələcəyin teatrı üçün aktyor və rejissorlar yetişdiririk. Təhsil müəssisəmizdə “Sabah teatrı” laboratoriyaları da fəaliyyət göstərir. Laboratoriyanın əməkdaşı Oleq Deripaska bir müddət əvvəl Moskva Bədii Akademik Teatrında aktyorlarla görüşərək onlara: "Teatrın gələcəyini necə görürsünüz" sualı ilə müraciət etmişdi. Cavab belə olmuşdu: “Yeni texnologiya və müasir avadanlıqlarla işləyən aktyor bu avadanlıqlardan asılı vəziyyətə düşməməlidir, əksinə bu avadanlıqlar insana yeni ideyaların yaradılmasında yardımçı olaraq gələcəkdə aktyorların rolu və dəyərini daha da artırmalı və inkişaf etdirməlidir”.

Q.Zaslavski müsahibəsində bildirir ki, konfransın təşkilatçıları və iştirakçıları  çıxışları zamanı bir daha vurğuladılar ki, bu gün teatr sənəti mütləq şəkildə mədəniyyətlərin, millətlərin və tamaşaçı auditoriyasının dialoquna, birliyinə xidmət etməlidir. Teatr sənəti mədəni müxtəlifliyi bir araya gətirərək yaşatmalıdır.

Telekanalda yayımlanan süjetdə həmçinin Beynəlxalq Kukla Teatrları İttifaqı (UNİMA) Kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik Kokutarın da fikirlərinə yer verilib. Kukla tamaşalarının əhəmiyyətinə toxunan mütəxəssis bildirib ki, belə səhnə əsərləri vasitəsilə uşaqlar teatr sənəti ilə tanış olurlar: “Bu tamaşaları izləmək uşaqlara daha yaxşı dinləmək, daha diqqətlə izləmək, daha çox oxumaq vərdişləri qazandırır. Festival çərçivəsində Yunanıstanın Merlin Kukla Teatrı tərəfindən "Heç kimin torpağı" adlı tamaşa  göstərildi. Tamaşa tənha varlığın yalnızlığının tarixçəsi, seçiminin məqsədi, axtarışlarının nəticəsini əks etdirirdi.

Katarina Klançnik Kokutar qeyri-adi və çoxplanlı "No Gravity" teatrının konfrans çərçivəsində təqdim etdiyi tamaşadan da söz açıb. Bildirib ki, musiqi, rəqs, sirk elementləri, qeyri-adi xoreoqrafiya və dekorasiya, rəqqasələr, musiqiçilər və ifaçıların bərabər çıxışları tamaşanın əsasını təşkil edirdi. “Rejissor və xoreoqraf  Emiliano Pellicari öz axtarışlarında renessans və barokko teatr ənənələrindən ilhamlanaraq 17-ci əsrin "möcüzəli teatr" prinsiplərini əsas götürür. Tamaşanın gur alqışlarla qarşılanması ona işarə idi ki, köhnə ənənələr bu gün də qəbul edilir və dəbdən düşmür”, - deyə UNİMA-nın nümayəndəsi vurğulayıb.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib