12.01.2018 04:56
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə cari ilin 16 yanvar tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində rejissor Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” bədii filminin təqdimatı keçiriləcək.
Qarabağ mövzusunda çəkilmiş sözügedən filmin ssenari müəllifi və baş prodüseri Rza Rzayev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Məhərrəm Əliyev, bəstəkarı Vyaçeslav Şulin, prodüseri Mahir Canasdır.
Filmdə Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu, Dəniz Həsənov və başqaları çəkiliblər.