Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1851

Humanitar Forum çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya keçirilir

Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyanın birinci hissəsi başa çatıb.

Sessiyada Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, yerli və xarici KİV-lərin rəhbərləri, tədqiqatçılar, beynəlxalq və regional media qurumlarının rəhbərləri və nümayəndələri, tanınmış ekspertlər iştirak edirlər. Sessiyanın işinə 21 ölkədən nümayəndə, 14 xarici media rəhbəri qatılıb.

İki hissədən ibarət sessiyanın AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti Aslan Aslanovun və Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçən birinci hissəsində cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələrlə bağlı məruzələr dinlənilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov qonaqları salamlayaraq bildirib ki, ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu ən aktual məsələlərin, bəşəriyyəti düşündürən problemlərin müzakirə olunduğu qlobal bir platformadır: “Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaranan Forum indi dünyanın hər yerindən alimlərin, ictimai xadimlərin, ekspertlərin, siyasətçilərin, iqtisadçıların, jurnalistlərin toplaşdığı bir məkandır. Forumun məqsədi texnoloji əsrdə bəşəriyyətin qarşısında duran qlobal məsələlərin müzakirə edilməsi üçün dünyanın parlaq beyinlərini bir araya toplayaraq nüfuzlu beynəlxalq platforma yaratmaq idi. Artıq altıncı Forumun baş tutması bu məqsədə uğurla nail olunduğunu deməyə əsas verir”.

Sessiyanın mövzusuna toxunan Aslan Aslanov qeyd edib ki, müasir dövrdə yalan xəbərlər siyasi proseslərin gedişatını dəyişdirmək gücünə malikdir. Bunu nümayiş etdirən kifayət qədər misallar çəkmək olar. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan ölkəmiz haqqında daim yalan xəbərlər yayır, münaqişənin mahiyyəti ilə bağlı dünya ictimaiyyətini çaşdıran məlumatlar tirajlayır. İşğal faktını ört-basdır etmək üçün erməni informasiya mənbələri buna azadlıq müharibəsi adı verirlər. Amma sözsüz ki, onların bu cəhdləri heç bir fayda vermir. Çünki artıq bütün dünya həqiqəti çox yaxşı bilir.

Jurnalistika indi çox mürəkkəb dəyişikliklərdən keçir, deyən AZƏRTAC-ın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, hazırda jurnalistika qarşısında çeviklik və düşünülmüş addımlar tələb edən çağırışlar dayanır. “Əvvəllər də yalan informasiyalar var idi. Lakin indi onun formaları və yayılma sürəti elə dəyişib ki, hərdənbir media qurumu kimi biz özümüzü də qorumalı oluruq. Sosial şəbəkələr informasiya məkanını çox dəyişdi. Bizə xəbərlərimizi auditoriyaya rahat və operativ çatdırmaqla yanaşı, bizi həm də yeni problemlərlə üz-üzə qoydu. Feyk xəbərlər problemi də onlardan biri və hətta daha təhlükəlisidir”, - deyə A.Aslanov bildirib.

Yalan xəbərlərin sosial bəla olduğunu deyən Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu problemin bütün dünyanı əhatə etdiyini söyləyib. O vurğulayıb ki, feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV-lər sıx birləşməli, daha çox düzgün informasiya yaymağa çalışmalıdır.

Sessiyanın birinci hissəsində Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Rumıniyanın AGERPRESS agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi, Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, İranın İRNA xəbər agentliyinin baş direktoru Sayed Ziya Haşemi, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, “Belarus seqodnya” media holdinqinin baş direktoru Dmitri Juk və “Hoy Los-Angeles” qəzetinin baş redaktoru Alexandro Masiel məruzələrlə çıxış ediblər. Məruzələrdə yalan xəbərlərin cəmiyyət üçün mənfi təsirləri, onların qarşısının alınması yolları, informasiya agentliklərinin bu problemlə mübarizədə rolu kimi məsələlərə toxunulub.

İclasın ilk sessiyası geniş müzakirələrlə başa çatıb.

XƏBƏRLƏR

03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək