Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1434

ICOM Azərbaycan Milli Komitəsi beynəlxalq forum və regional seminarda təmsil olunub

Azərbaycan Xalça Muzeyi 1-4 iyul 2018-ci il tarixlərində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçirilən “Cəmiyyətin davamlı inkişafı üçün muzeylər” mövzusunda beynəlxalq forum və regional seminarda təmsil olunub.

Tədbir ICOM Gürcüstan Milli Komitəsi, ICOM Avropa Alyansı, Gürcüstan Muzeylər Assosiasiyasının təşkilatçılığı, ICOM Azərbaycan Milli Komitəsi, Gürcüstan Mədəniyyət və İdman Nazirliyi, Gürcüstan Mədəni İrsin Qorunması üzrə Milli Agentlik, Gürcüstan Milli Muzeyi və ICOM Ermənistan Milli Komitəsinin dəstəyi ilə “2018 – Avropa mədəni irs ili” çərçivəsində keçirilib.

Forumda ICOM-un prezidenti Dr Suay Aksoy, ICOM Avropa Alyansının prezidenti Prof. Dr Luis Raposo, Avropa Muzeylər Təşkilatları Şəbəkəsinin (NEMO) baş katibi Julia Pagel, Muzey marketingi üzrə ekspert, ICOM İanə Fondunun icraçı direktoru (ICOM Endowment Fund) Byorn Stenvers, Beynəlxalq mədəni siyasət və yaradıcı sənaye üzrə ekspert, “Creativity Lab” təşkilatının idarə heyətinin üzvü Ragnar Siil, Gürcüstan Milli Muzeyinin baş direktoru professor David Lordkipanidze, ICOM Gürcüstan Milli Komitəsinin sədri professor İnqa Karaia, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və digər iştirakçılar çıxış ediblər.

Şirin Məlikova forumda “Muzey sahəsi: inkişafın dinamikası” (Museum Sphere: Dynamics of Development) adlı məruzə ilə çıxış edib. Xalça Muzeyinin direktoru öz çıxışında ölkəmizin aparıcı iri muzeylərinin, o cümlədən, Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi,  "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fəaliyyəti və həyata keçirdiyi yeni layihələr, ictimaiyyətin həyatında muzeylərin rolundan bəhs edib. Şirin Məlikova müasir dövrümüzdə muzeylərin cəmmiyyətdə oynadığı roldan danışıb. Xalça Muzeyinin fəaliyyətinə diqqət çəkən muzeyin direktoru bu mədəniyyət ocağının tarixindən, fəaliyyətindən, həyata keçirilən layihələrdən söz açıb. 

Şirin Məlikova bu il “18 may – Beynəlxalq Muzeylər günü” münasibətilə ICOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü ilə hazırlanan və ölkə muzeyləri tərəfindən keçirilən tədbirlərdən bəhs edən video-çarxı da nümayiş etdirib.

Qeyd edək ki, 3-4 iyul tarixlərində forum çərçivəsində təşkil olunmuş seminarda Azərbaycan Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğunun gənc əməkdaşları da iştirak ediblər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib