Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1876

ICOM Azərbaycan Milli Komitəsi: səmərəli və maraqlı il

2018-ci ili ICOM Azərbaycan Milli Komitəsi böyük uğurlarla başa vurdu.
Yola saldığımız ildə komitə üçü beynəlxalq olmaqla dörd irihəcmli tədbir keçirdi.

Bu tədbirlərdən biri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunmuş Novruz şənliyi oldu. Sözügedən layihə Azərbaycan Xalça Muzeyi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə həyata keçirilmişdir.Tədbir zamanı muzey və qoruğun  qadın əməkdaşları tərəfindən şəkərburanın hazırlanması üzrə ustad dərsləri keçirildi.

2018-ci ildə ICOM Azərbaycan Milli Komitəsi 18 may - Beynəlxalq Muzeylər Günü ilə bağlı bir sıra tədbirlər keçirmişdir. Muzeylər Gününün builki devizi “Muzeylər hiperkommunikasiya dövründə: yeni yanaşmalar, yeni auditoriyalar” idi.
Bununla bağlı Azərbaycan Xalça Muzeyində “Öz ilməni toxu” adlı uzunmüddətli interaktiv installyasiya işə salınmışdır. Muzeyin foyesində üç ədəd böyük ölçülü çərçivə-dəzgah quraşdırılmış və muzeyə gələn hər bir tamaşaçı öz zövqünə görə ip seçərək xovsuz “zili” xalçasının toxunma prosesində iştirak etmək şansı əldə etmişdir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “İçərişəhərin açarları” adlı interaktiv kvest, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala sakinin evində bir gün” adlı layihə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə “Muzeydə rəqslər” tədbiri keçirilmişdir. Azərbaycan Milli İncəsənət Muzeyində ölkəmizin nonkonformist rəssamları Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyevin işlərindən ibarət “Andeqraund. Yeni həyat” sərgisi təşkil olunmuşdur. C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş fotosərgi keçirilmişdir.

10-12 oktyabr 2018-ci il tarixlərində  Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransı keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Beynəlxalq Muzeylər Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST), Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə baş tutmuşdur.

Konfransa Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan və Türkiyədən olan nümayəndələr qatılmışdır. Azərbaycana ilk dəfə səfər edən Beynəlxalq Muzeylər Şurasının (ICOM) prezidenti Suay Aksoy tədbirin fəxri qonağı idi. Konfrans zamanı 23 yerli və xarici iştirakçının məruzələri dinlənilmişdir. Dinləyicilərə  Azərbaycan evlərinin klassik interyer dizaynı, tekstilin interyerdə rolu, dekorativ sənət muzeylərinin müasir dünyada əhəmiyyəti haqqında materiallar təqdim olunmuşdur.

Tədbir zamanı “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” kitabının təqdimatı keçirilmişdir. Bu kitab YUNESCO-nun “Üzv Dövlətlərin 2016-2017-c i illər üzrə İştirak Proqramı” çərçivəsində nəşr olunmuşdur. Kitabın müəllifi Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovadır.

Konfransdan sonra Beynəlxalq Muzeylər Şurasının (ICOM) prezidenti Suay AksoyAzərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovaya təşəkkür məktubu göndərərək, tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişdir. Bunun da Bakının mühüm tədbirlərin keçirilməsi üçün potensial məkan olduğuna əsas verdiyini vurğulamışdır.

26-30 noyabr tarixlərində ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalça Muzeyində tekstilin konservasiyası üzrə ustad dərsləri təşkil olunmuşdur.

Ustad dərslərdə tekstil kolleksiyalarını mühafizə edən muzey əməkdaşları, tekstil üzrə bərpaçı və konservatorlar, həmçinin müvafiq peşə üzrə təhsil alan tələbələr və bu sahənin digər mütəxəssisləri iştirak etmişlər.Ustad dərslərinin keçirilməsi məqsədi ilə Doha (Qətər) şəhəri İslam İncəsənəti Muzeyinin tekstil üzrə aparıcı bərpaçısı Tatyana Jdanova Bakıya dəvət olunmuşdur. Ustad dərslərin proqramı “Tarixi tekstilin konservasiyası” mövzusunda mühazirə və praktiki dərslərdən ibarət idi.

Öz növbəsində, 2018-ci il ərzində ICOM Azərbaycan Milli Komitəsinin 12 üzvü Kəlküttə, Moskva, Frankfurt-Mayn, Paris, Tbilisi, Riqa, Yurmala, Fucou şəhərlərində keçirilən müxtəlif tədbirlərdə iştirak etdilər.
Ən nəhayət, 2018-ci ildə Milli Komitə üzvlərinin sayı 30% artaraq 109-dan 141-ə çatmışdır.

XƏBƏRLƏR

06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb