Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
660

III Respublika Xalq Teatrları Festivalı başa çatdı

İyunun 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı və qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov və teatr ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Öncə səhnəyə Bakı şəhərində və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanaraq III Respublika Xalq Teatrları Festivalında iştirak edən kollektivlər və münsiflər heyətinin üzvləri çıxdı.

Sonra baxış-seçim mərhələsini əks etdirən videoçarx nümayiş olundu.

Münsiflər heyətinin sədri, Əməkdar artist Loğman Kərimov çıxış edərək festival haqqında söz açdı. Qeyd etdi ki, 23-24 iyun tarixində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi Bakı şəhərində keçirilib. Bu ilin aprel ayı ərzində festivalın Bakıda və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur nümayiş etdirmiş 13 kollektiv (İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları) həlledici mərhələdə iştirak imkanı qazanıb.

Festivalın final mərhələsində tamaşalar 23 iyunda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında (doqquz tamaşa), iyunun 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında (4 tamaşa) nümayiş olunub.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatrının yarandığı dövrdən uğurlarla müşayiət olunan zəngin bir yol keçdiyini dedi: “Azərbaycan teatrları uzun illər ərzində xeyli uğurlu tamaşalar, layihələr həyata keçirib. Böyük səhnə xadimlərimiz yetişib. O insanlar Azərbaycan xalqının mədəni həyatının inkişafına böyük töhfələr verərək adlarını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırıblar. Bütün bunların əsasında xalqımızın istedadı və yaradıcılıq potensialı dayanır”.

Nazir ölkə mədəniyyətinin, incəsənətinin bu gün də uğurla inkişaf etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəniyyətinə, incəsənətinə və teatrlarının inkişafına xüsusi diqqət və qayğı göstərilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq dünya miqyasında geniş təbliğ olunur.

Əbülfəs Qarayev III Respublika Xalq Teatrları Festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Vurğuladı ki, bu gün dövlət teatrları ilə yanaşı, uğurla fəaliyyət göstərən bir sıra xalq teatrları da var. Onlar maraqlı tamaşalar, diqqətəlayiq layihələr ortaya qoyurlar. Nazir ümidvar olduğunu bildirdi ki, iki ay ərzində keçirilən bu festival ölkəmizin teatr sənətinin gələcək inkişafına öz töhfələrini verəcək.

Daha sonra festivalın qaliblərinə mükafatlar təqdim olundu. III yerə Mərdəkan, Zaqatala, Yevlax xalq teatrları, II yerə Cəlilabad, Şərur xalq teatrları layiq görüldü. Şabran rayon Xalq teatrı isə festivalın birincisi elan olundu.

Həmçinin festivalın digər iştirakçı kollektivlərinə müxtəlif nominasiyalarda Mədəniyyət Nazirliyinin diplomları təqdim olundu.

Sonda Şabran rayon Xalq teatrının ifasında tamaşa nümayiş olundu.

Qeyd edək ki, ölkəmizdə ümumilikdə 39 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılığının inkişaf etdirilməsində bu kollektivlərin əhəmiyyətli rolu var.

XƏBƏRLƏR

17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15.07.2019 08:44
Azərbaycanın Əməkdar artisti, dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
15.07.2019 08:43
“Ürəyində arzu tut” tamaşası Şəkidə nümayiş edilib
15.07.2019 08:41
Professor Fırat Purtaş: UNESKO-nun Şəki barədə qərarı Azərbaycana şərəf gətirən tarixi bir uğurdur
12.07.2019 16:19
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib
12.07.2019 15:48
Milli Kitabxanada “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə tədbir keçirilib.
12.07.2019 15:15
Milli Dram Teatrında mövsümün sonuncu tamaşası “Qarabağnamə” olacaq
12.07.2019 15:11
Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq