18.03.2019 03:15
Şirvan şəhər Uşaq Musiqi məktəbi Hacıqabul rayon Uşaq Musiqi məktəbi ilə birlikdə “Dostluq və əməkdaşlıq görüşləri” adlı konsert kroqamı təşkil ediblər. Hacıqabul rayon Uşaq Musiqi Məktəbinin direktoru Rahib Məmmədov tədbiri açdıqdan sonra qonaqları salamlayaraq onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.
O, həmçinin məktəblər arası dostluq görüşlərinin hələ 1993-cü ildə Hacıqabul Uşaq Musiqi məktəbinin yarandığı ilk günlərdən başladığını qeyd etmiş və Şirvan şəhər Uşaq Musiqi məktəbinin kollektivinin öz adından təltif etdiyi Fəxri Fərmanı məktəbin direktor əvəzi Əbülfət İsmayılova təqdim etmişdi.
Sonra şagirdlərin iştirakı ilə konsert proqramı keçirilib.