Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
594

“Kino Klub”un növbəti tədbiri keçirilib

Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar sosial aksiya olaraq milli və dünya kino incilərini tamaşaçılara daha da yaxından tanıtmaq, eləcə də yaradıcı görüşlərin və kino axşamlarının keçirilməsi məqsədilə Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlamış “Kino Klub”un dekabrın 6-da Nizami Kino Mərkəzində növbəti tədbiri keçirilmişdir.  

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, kinossenarist, şair Elşad Ərşadoğlu tanınmış macar rejissoru İldiko Enyedinin 2017-ci ildə çəkdiyi və bir çox kino festivallarının qalibi olmuş, o cümlədən, 67-ci Berlin Beynəlxalq Film Festivalında “Qızıl Ayı” mükafatı qazanmış “Bədən və ruh” bədii filmi haqqında tamaşaçılara məlumat vermişdir. Daha sonra film nümayiş olunmuş və maraqla qarşılanmışdır.

 

 

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb