Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
295

Kukla Teatrı festivaldan uğurla qayıtdı

Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Rusiyanın Moskva şəhərində keçirilən S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edib.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə reallaşan səfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Teatrımız Müstəqil Dövlətlər Birliyi ölkələrinin ən yaxşı kukla teatrlarının təmsil olunduğu bu tədbirdə dəfələrlə beynəlxalq festivallara qatılaraq mükafatlara layiq görülən “Ağ və qara” tamaşası ilə çıxış edib.

Böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.

MDB ölkələrindən 17-dən artıq teatr kollektivinin iştirak etdiyi festivalda nominasiyalar üzrə mükafatlandırma olmasa da tamaşamız festivalın ən yaxşı səhnə işlərindən biri kimi yüksək qiymətləndirilib. Festivalda iştiraka görə diplomla təltif olunan tamaşa barədə Rusiyanın aparıcı teatr və sənət proqramlarında məlumatlar verilib.

Qeyd edək ki, MDB ölkələrinin “Mədəniyyət İli” çərçivəsində təşkil olunan bu festival  V. Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrı tərəfindən iki ildən bir keçirilir və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan səhnə işləri daxil edilir.

XƏBƏRLƏR

10.12.2018 16:33
Xalq artisti Gülxar Həsənovanın Fəxri xiyabanda xatirəsi yad olundu
10.12.2018 12:35
Musiqili Teatrda “Çarəsiz sərnişinlər” yola çıxdılar
10.12.2018 12:17
Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilmişdir
10.12.2018 10:38
Quba şəhərində Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə həyata keçirildi
07.12.2018 19:59
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edildi
07.12.2018 17:33
Ölkəmiz Avstriyanın Vyana şəhərində keçirilən “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunur
07.12.2018 17:18
Mədəniyyət naziri Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb
07.12.2018 16:59
Şamaxı şəhərində Prezident təqaüdçülərinin konserti keçirildi
07.12.2018 15:49
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru Dövlət Xor Kapellası ilə bir səhnəni bölüşdü
07.12.2018 12:40
Sabirabadda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
07.12.2018 11:28
Azərbaycan Xalça Muzeyində konservasiya üzrə növbəti ustad dərsləri keçirilib
07.12.2018 11:22
Bakıda isveçli rəssamın fərdi sərgisi açılıb
06.12.2018 15:26
Həsən Məmmədovun 80 illik yubileyi Salyan şəhərində təntənəli şəkildə qeyd olundu
06.12.2018 15:21
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan növbəti uğura imza atıb
06.12.2018 14:42
Zaqatala və Ağsu rayonlarında “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq seminar-təlim keçirilmişdir
06.12.2018 14:28
Xalq artisti Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirildi
06.12.2018 14:16
Azərbaycanın İsmayıllı və Özbəkistanın Rişton şəhərləri qardaşlaşıb
06.12.2018 11:21
Avrasiya Kitabxanalar Asssambleyası üzvlərinin növbəti iclası keçirilib
05.12.2018 16:48
Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib
05.12.2018 16:40
Kitabxana bəşəriyyətin mədəniyyət və elm xəzinəsidir
05.12.2018 15:08
Quba Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir
05.12.2018 14:01
Respublika Gənclər Kitabxanasında “Kitabxanalar - ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi