Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində “İslam həmrəliyi” ili münasibətilə tədbir keçirilmişdir
11 iyul tarixində Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Azərbaycanda İslam Həmrəyliyi ili Multikulturalizm ilinin uğurlu davamıdır" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli Cənab Prezident İlham Əliyevin müvafiq Sərancamı ilə Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi ili " elan olunmasından, bu istiqamətdə respublikada və regional idarənin tabeçiliyində olan müəssisələrdə keçirilən tədbirlər haqqında danışdı. Daha sonra MKS-in direktoru Nuranə Nəsirova 2017-ci il "İslam Həmrəyliyi ilidir” mövzusunda məruzə etdi.
Dəyirmi masada MKS-in filal müdirləri iştirakçılara birlik və həmrəylik haqqında öz fikirlərini bildirdilər. Kitabxananın fəal oxucularından ibarət bədii qiraətçilər mövzu ətrafinda şeirlər söylədilər.