Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1121

Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Fransanın ölkəmizdəki səfiri Aurelia Buşez arasında görüş keçirildi

Cari ilin 18 may tarixində mədəniyyət naziri Əbülfəs Qarayev ilə Fransanın ölkəmizdəki səfiri Aurelia Buşez arasında görüş keçirildi. Görüşdə Azərbaycan və Fransa arasında mədəni əlaqələr, yeni layihələr və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıldı. Səfir Aurelia Buşez Azərbaycan-Fransa əlaqələrinin inkişafına böyük önəm verdiyini, bu istiqamətdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illlik yubileyi çərçivəsində bir sıra tədbirlərin təşkilinin nəzərdə tutulduğunu qeyd etdi. Cari ilin may ayının sonunda ölkəmizə səfəri planlaşdırılan Fransanın yüksək səviyyəli rəsmisinin səfəri çərçivəsində 27 may tarixində iki ölkənin klassik musiqilərindən ibarət konsertin təşkil olunacağı və həmin konsertdə Azərbaycan Xalq Cümhuriyyətinin uğurlarına, eyni zamanda dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar onun əsərlərinə yer ayrılması təklif olundu. Bununla yanaşı Fransa tərəfi görüşdə cari ilin sonuna kimi Fransa arxeoloqları tərəfindən son 10 ildə ölkəmizdə aparılan tədqiqatlara həsr olunmuş sərginin təşkili, həmçinin 21 iyun tarixinin Beynəlxalq Musiqi Günü  kimi qeyd edildiyini nəzərə alaraq Fransa musiqiçilərinin iştirakı ilə Bakıda konsertin keçirilməsi müzakirə olundu.

Əbülfəs Qarayev ölkə Prezidenti İlham Əliyevin Azərbaycan-Fransa əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, mədəni əlaqələrin yüksək inkişafında ölkəmizin Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırdı və Fransa tərəfindən təşkil olunacaq tədbirlərin həyata keçirilməsində Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirdi.

Görüşdən sonra Əbülfəs Qarayev və A.Buşez Xalça Muzeyində keçirilən Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbirdə iştirak etdilər.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib