Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6972

Mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü müxtəlif tədbirlərlə qeyd olunacaq

Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi olan 20 Yanvardan 29 il ötür. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq olunub. Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvara həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.

Ölkəmizin teatr, kino və konsert müəssisələrində, bədii təhsil ocaqlarında, kitabxana və sərgi salonlarında 20 Yanvarın ildönümü münasibətilə tamaşalar, musiqi gecələri, sərgilər və s. tədbirlər təşkil olunacaq.

Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti F.Əlizadənin Qanlı Yanvara həsr olunan “İntizar” operası nümayiş etdiriləcək.

Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq H.Mirələmovun “Xəcalət” tamaşası, Xalq yazıçısı, görkəmli dramaturq İ.Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası isə 20 yanvar tarixində nümayiş olunacaq.

Dövlət Yuğ Teatrında (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsi) 18-19 yanvar tarixlərində G.Dumbadzenin “Məhşər günü” tamaşası göstəriləcək.

Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq T.Vəliyevanın “Mənim ağ göyərçinim” və D.Mustafayevin “Əlincə qalası”  tamaşaları oynanılacaq.

Bundan əlavə, bölgələrimizdə fəaliyyət göstərən teatrlarda da 20 Yanvar faciəsinin  ildönümü qeyd ediləcək. 

 

Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Anım gecəsində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın "Rekviyem" əsəri səslənəcək.

Yanvarın 17-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Qara Yanvara həsr olunmuş "Azadlıq aşiqləri" rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək.

Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.

Yanvarın 21-də Nizami Kino Mərkəzində rejissor Nizami Abbasın “Salnaməfilm” studiyasında çəkdiyi “Unutma” sənədli filminin təqdimatı olacaq.

18 yanvar tarixində Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində birinci dərs 20 Yanvar faciəsinə həsr ediləcək, ədəbi-bədii kompozisiya nümayiş olunacaq.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yanvarın 19-da Qanlı Yanvarın ildönümü münasibətilə rəsm sərgisi və ədəbi-bədii kompozisiya təşkil ediləcək.

Yanvarın 17-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində "20 Yanvarı unutmadıq" mövzusunda sərgi açılacaq və dəyirmi masa keçiriləcək.

Yanvarın 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçiriləcək.

 

14-19 yanvar tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və filiallarında 20 Yanvar faciəsinin ildönümü münasibətilə “Tarix unutmayır qəhrəmanları”, “Həqiqət uğrunda ölümləriylə Ölümü kamına çəkdi şəhidlər”, “And yerimiz - Şəhidlər xiyabanı”, “Azadlığa gedən yolun zirvəsi” və s. mövzularda anım tədbirləri, sərgilər, təqdimatlar keçiriləcək.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında oxucularla 20 Yanvar faciəsi mövzusunda söhbət-mühazirə (16 yanvar) təşkil olunacaq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olan vətən övladlarının ailə üzvləri ilə görüş keçiriləcək (17 yanvar).

Yanvarın 18-də Respublika Gözdən Əlillər Kitabxanasının oxu zalında Qanlı Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunan anım tədbiri təşkil olunacaq.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən mədəniyyət müəssisələrində, Regional Mədəniyyət İdarələri tərəfindən isə  respublikamızın bölgələrində yerləşən mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı çoxasaylı tədbirlər keçirilməkdədir.

 

XƏBƏRLƏR

06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb