Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
787

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Maya Hristova arasında görüş keçirildi

2017-ci ilin 19 oktyabr tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Maya Hristova arasında görüş keçirildi .

Görüşdə mədəniyyət və turizm sahələri üzrə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparıldı və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi zərurəti vurğulandı.

Bolqarıstan Respublikası Prezidenti Rumen Radevin ölkəmizə səfəri zamanı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ilə aparılan danışıqların nəticəsi olaraq ölkə rəhbərliyinin müvafiq tapşırıqlarının icrasına dair fikir mübadiləsi aparıldı. 2018-ci ilin 16 yanvar tarixindən etibarən Bakıdan Sofiya şəhərinə birbaşa reyslərin açılacağını nəzərə alaraq, Azərbaycanın Bolqarıstanda və Bolqarıstanın turizm potensialının Azərbaycanda təbliği məqsədilə fəaliyyətin genişləndirilməsi müzakirə olundu.

Nazir Əbülfəs Qarayev bu istiqamətdə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və adıçəkilən ölkənin Turizm Nazirliyi ilə əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd etdi.

XƏBƏRLƏR

17.01.2018 16:48
Nazir müavini Nazim Səmədov Mərakeş Krallığının Səfiri Mohamed Adil Embarşla görüşdü
17.01.2018 16:24
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
17.01.2018 15:36
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivala hazırlaşır
17.01.2018 15:33
Baş İdarənin müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir
17.01.2018 15:32
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qanlı yanvar” mövzusunda tədbir keçirilib
17.01.2018 12:39
Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi
17.01.2018 10:30
“Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib
17.01.2018 10:29
Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
17.01.2018 10:26
Rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət sərgi açılıb
16.01.2018 17:43
Milli Qəhrəmanlar Binəqədidə yad ediliblər
16.01.2018 17:40
Gənc Tamaşaçılar Teatrında həftə sonu 9 tamaşa nümayiş olunacaq
16.01.2018 17:18
Qax rayonunda “20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa keçirildi
16.01.2018 16:51
Xalq artisti Çingiz Sadıxov son mənzilə yola salındı
16.01.2018 16:30
Xalq Artisti Fatma Mahmudova yeni obrazda
16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq