19.07.2019 08:41
F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuları “Mən, yay, uşaqlar - Ən yaxın dostlar” adlı layihədə iştirak etməyə dəvət edir.
Layihə cari ilin sentyabrın 1-nə kimi davam edəcək.
Layihəyə görə uşaq və yeniyetmələr, valideynləri ilə birgə oxuduqları kitablardan birinə rəsm çəkməlidirlər. Təqdim edilən rəsm əsərləri kitabxananın oxu zalında sərgilənəcək.
Layihədə iştirak edən uşaqlara, yeniyetmələrə və valideynlərə kitabxana tərəfindən kitablar hədiyyə ediləcə