16.07.2019 11:28
Tanınmış rəssam Mahmud Rüstəmovun Muzey Mərkəzində açılan “UN/PUBLISHED” adlı fərdi sərgisinin vaxtı iyulun 20-dək uzadılıb.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, ziyarətçilər qeyd edilən tarixədək sərgi ilə tanış ola biləcəklər. Muzey Mərkəzi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan sərgi iyunun 21-də açılmışdı.
Sərgidə rəssamın son dövrlərdə yaratdığı rəngkarlıq, qrafika, heykəltəraşlıq və müasir incəsənət əsərləri nümayiş olunur.