Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
807

Muzeylərin əməkdaşları üçün təcrübə kursları keçirilmişdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən bölgələrdə yerləşən muzeylərin əməkdaşları üçün bu sahədə mövcud olan beynəlxalq təcrübə, mədəni sərvətlərin mühafizəsi və digər məsələlərə həsr edilmiş regional sərgi–seminarlar, treninqlər, təkmilləşdirmə kursları təşkil edir.

May ayının 24-dən iyunun 12-dək davam edən kurslarda Ağdaş, Qəbələ, Xocalı, Abşeron, Quba və  Zagatala Tarix-Diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak ediblər.

Nəzəriyyə və təcrübə olaraq iki hissədən ibarət olan dərsləri MSXƏEBM-in elmi işlər üzrə direktor müavini Nairə Sadıxova, MSXƏEBM-in əməkdaşları - baş mühafiz İranə İbrahimova, kimyaçı mühəndis Pərvin Sadıqova, bərpaçı rəssamlar Sultan Sultanov, Gündüz Məmmədov aparıb.

Kursun dinləyicilərinə muzey əşyası və onun mühafizə üsulları, temperatur-rütubət rejimi, bioloji rejim, metalların, keramika məhsullarının, qrafika əsərlərinin, ağac məhsullarının və arxeoloji eksponatların bərpasında kimyəvi üsulların tətbiqi, qrafik əsərlərin, keramika əsərlərinin, şirli və şirsiz qabların, şüşə, sümük, ağac, dəri məmulatları, musiqi alətləri, silah nümunələri və saatların bərpası və konservasiyası mövzularında ətraflı məlumat verilib.

Təcrübə kursları 20 gün davam etmişdir.  

XƏBƏRLƏR

17.08.2018 11:34
Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
16.08.2018 10:49
Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunmuş mərasim keçiriləcək
16.08.2018 09:11
“Əl Fəcr” qəzeti: Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir
16.08.2018 09:02
Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.08.2018 14:53
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
14.08.2018 16:11
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub
13.08.2018 16:44
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz olub
10.08.2018 09:23
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.08.2018 15:50
“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb
08.08.2018 14:48
“Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti videoçarx hazırlanıb
08.08.2018 11:29
X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
07.08.2018 12:47
Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək
07.08.2018 12:27
Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib
06.08.2018 09:34
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu
06.08.2018 09:21
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda
03.08.2018 17:42
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru
03.08.2018 17:28
Maestro Niyazinin xatirəsi yad olunub
03.08.2018 10:16
Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib
02.08.2018 12:41
Azərbaycan kinosu günündə ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olundu